Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı Xoreoqrafiya Akademiyasında tədbir

17.09.18, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabrın 17-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev bu il akademiyaya qəbul olunan, tələbə və magistr adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, 2018-2019 tədris ili BXA-nın tarixində əlamətdar ildir. Çünki bu il əsaslı və xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli təhsilin səmərə verməsinə xidmət edəcək struktur islahatları aparılıb.
Akademiyanın fəaliyyəti haqqında məlumat verən rektor qeyd edib ki, bu il ali təhsil ocağına 146 bakalavr qəbul olunub. Akademiyaya daxil olan tələbələrdən 10-u xarici ölkə vətəndaşıdır. Ötən tədris ilində ali təhsil ocağı elmi yaradıcılıq, təlim-tədris və xarici əlaqələr işində uğurlu fəaliyyət göstərib. Son üç ildə akademiyada 30-dək xarici mütəxəssis tərəfindən ustad dərsləri keçirilib, 10-dək yaradıcı mərkəzlə əlaqə qurulub.
Rektor tədris planının qabaqcıl dünya ölkələrinin təcrübələrindən faydalanmaqla hazırlandığını diqqətə çatdırıb.
Timuçin Əfəndiyev xoreoqrafiya təhsilində innovasiyaların tətbiqi, islahatların aparılması, beynəlxalq təcrübənin öyrənilməsindən danışıb, akademiyanın maddi-texniki bazasının gücləndirildiyini, burada quruculuq işlərinin aparıldığını söyləyib və bu istiqamətdə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Nazir burada beynəlxalq təcrübələrin mənimsənilməsi və xoreoqrafiya sənətinin inkişafı üçün zəruri addımların atıldığını vurğulayıb. Bildirilib ki, zəngin ənənələrə malik olan təhsil ocağının məzunları hər zaman Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər.
Sonda Əbülfəs Qarayev tələbə adını qazanmış gənclərə uğurlar arzulayıb, onlara tələbə bileti və müvəffəqiyyət kitabçalarını təqdim edib.

Bu xəbər oxundu
- - -