Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hərbi təlim hər an hücum əməliyyatına çevrilə bilər”

18.09.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyan Ermənistada baş bazir postuna gəldikdən sonra sözün həqiqi mənasında yalnız sərsam fikirləri ilə gündəmə gəlir. O, gah Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi sayır, gah da Azərbaycandan çəkinmədiyini, müharibəyə hazır olduğunu bəyan edir.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov populist Paşinyanın son bəyanatlarını şərh edib.
“Bu insan polulistdir. İrəvanda seçkidir. O, əsasən belə çıxışlarını erməni diasporası qarşısında edir. Qıraqda oturub, radikal olmaq asandır. Paşinyan isə onlardan pul, dəstək gözləyir. Ona görə də ağzına gələni danışır. Camaat arasına çıxır və radikal rolunu oynayır ki, səs toplasın. Əsas məqsədi odur ki, seçkidən qalib çıxsın” – politoloq Paşinyanın təxribatçı çıxışlarının səbəbini izah edib.
R.Musabəyov vurğulayıb ki, Paşinyanın siyasi gücü olduqca məhduddur. Onun yeganə arxalandığı yer küçədir: “Küçədə dəstəyi azalsa, onu parlamentdə devirmək bir dəqiqəlik işdir. Parlamentdə Paşinyana real dəstək verən insanların sayı üçdür. Ona görə də atlanıb-düşür, ağzına gələni danışır. Bir tərəfdən cəfəng, radikal fikirlər səsləndirir. Digər tərəfdən isə xarici işlər naziri vasitəsilə mesaj göndərir ki, “fikir verməyin, seçki qabağı hoqqabazlıqdır. Hakimiyyətdə yerimizi möhkəmləndirdiyimiz halda konstruktiv danışıq aparıb, razılığa gələcəyik””.
"Azərbaycan tərəfi Paşinyanı ağıllandırmaq üçün nə etməlidir" sualına politoloq belə cavab verib: “Biz sentyabrın 15-də hərbi parad keçirdik. Bunu elə-belədən etmədik. Bu, həm ermənilərə, həm də onları himayə edən qüvvələrə çox ciddi mesajdır. Bundan başqa hazırda Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlər keçirir. Təlimlərin açıq məqsədi ermənilərin qurduğu müdafiə sistemini darmadağın etməkdir. Təlimdə 20 min əsgər iştirak edir və bu təlim hər an hücum əməliyyatına çevrilə bilər. Yəni, hücum əməliyyatı təlimidir”.

Bu xəbər oxundu
- - -