Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Neftin yaxın gələcəkdə ucuzlaşması real deyil

18.09.18, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu ay dünya bazarında neftin qiymətinin sabitləşməsi müşahidə edilir.
Ayın əvvəlindən əmtəə birjalarında “Brent” markalı “qara qızıl”ın 1 bareli 75 ABŞ dollarından, son 1 həftə ərzində isə 77 dollardan ucuz olmayıb.
Hətta sentyabrın 12-də Amerika Neft İnsitutunun (American Petroleum Institute – API) başa çatmış həftə ərzində ölkədə gündəlik neft hasilatının həcminin 8,636 mln. barel azalmasına dair yaydığı açıqlamadan sonra neftin qiyməti 80 dollar/barel-i keçib. Belə hal sonuncu dəfə bu ilin may ayında qeydə alınıb. Lakin ABŞ-da gündəlik neft istehsalının həcminin 396,2 mln. barellik mövsümi limit çərçivəsində olması qiymətin uzun müddət 80 dollardan yüksəkdə qalmasına imkan verməyib və neft yenidən ucuzlaşmağa başlayıb.
İstehsal həcminin azalması neft ticarəti ilə məşğul olan investorlar üçün alış siqnalı olsa da, hələlik neft bazarında tələbin kəskin artması müşahidə olunmayıb. Bir qədər əvvəl isə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib ki, əgər bazarda qıtlıq müşahidə edilərsə, ölkəsi və Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) digər üzvləri ixracı artıracaqlar. Bütün bunlar isə neftin qiymətində kəskin dəyişiklik olmayacağını gözləməyə əsas verir.
Bununla belə, ABŞ İrana qarşı təzyiqləri artırmaqdadır, bu ölkədə neft idxal edən ölkələrə təsir göstərməkdədir. Həmin ölkələrdən biri Hindistandır ki, ABŞ-ın çağırışlarına müsbət cavab verərək yaxın 2 ay ərzində İrandan neft alışını, təxminən, 2 dəfə azaltmağı (gündəlik 658 min bareldən 360-370 min barelə endirməyi) planlaşdırır. Bu isə ABŞ-ın İrana qarşı hazırladığı hərtərəfli sanksiya planının sentyabr və oktyabr aylarında Hindistan vasitəsilə tətbiq olunacaq başlanğıc mərhələsi deməkdir və neftin ucuzlaşmasına imkan verməyəcək. Üstəlik bazardakı qiymət tendensiyası da artım yönümlüdür. Odur ki, neftin yaxın gələcəkdə ucuzlaşması real deyil.

Bu xəbər oxundu
- - -