Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

SOCAR CNG satışını genişləndirmək niyyətindədir

19.09.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gələcək illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əməliyyat portfeli çərçivəsində perspektivli bir sahə kimi Sıxılmış Təbii Qaz (STQ, beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas”) satışını genişləndirmək niyyətindədir.
Bu barədə "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayevməlumat verib.
O xatırladıb ki, cari ildə SOCAR ilk dəfə olaraq STQ bazarının formalaşdırılması istiqamətində addımlar atıb: “STQ hazırda bizdə nisbətən az istifadə olunan yanacaq növü olsa da, dünya üzrə tələbatı sürətlə artmaqdadır. Proqnozlar 2025-ci ilə qədər bu tələbatın 4 dəfəyə yaxın artacağını göstərir”, - R.Abdullayev əlavə edib.
Qeyd edək ki, dünyada STQ ilə işləyən nəqliyyat vasitələrinin sayı 26 mln.dan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və bir sıra Avropa ölkələrini qeyd etmək olar.
STQ benzin və dizellə müqayisədə xeyli ucuzdur. Hesablamalara görə, STQ avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.
Azərbaycanda “SOCAR Petroleum” QSC tərəfindən bu layihənin sürətlə davam etdirilməsi nəzərdə tutulur. Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd STQ məntəqəsinin istehlakçılara təhvil verilməsi planlaşdırılır. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrinin sayının, ümumilikdə, 20-yə çatdırılması planlaşdırılır.

Bu xəbər oxundu
- - -