Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezident NATO baş katibinin müavinini qəbul edib

20.09.18, 14:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə toxunulub, dövlət başçısının son səfərinin önəmi qeyd olunub. Bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirilib.
Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirilib, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulanıb, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışıldı və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olunub və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edilib.
Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib.
Dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

Bu xəbər oxundu
- - -