Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan rəhbərliyi bütün dünyaya terrorçuluq və faşizmin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirir”

21.09.18, 9:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ictimailəşdirdiyi sənədlər bir daha sübut etdi ki, Ermənistan siyasətinin əsasında bütün zamanlarda özgə torpaqların işğalı və qonşu dövlətlərə torpaq iddiası, eləcə də azərbaycanlılara, türklərə və digər xalqlara qarşı etnik təmizləmə dayanıb.
Bunu türkiyəli politoloq, professor Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, erməni işğallarının tarixi, Ermənistanda antitürk əhval-ruhiyyənin inkişafı öz kökləri ilə 17-18-19-cu əsrlərə, Rusiyanın bu regiona maraq göstərməyə başladığı dövrə gedir:
“Həmin dövrdən başlayaraq ermənilərin tarixi türk torpaqlarına köçürülməsi və bu torpaqların ələ keçirilməsi ilə özgə torpaqlarda erməni dövlətinin yaradılması siyasəti aparılıb. Çoxsaylı saxtalaşdırmalar, regionda türk xalqlarının kütləvi qırğını məqsədyönlü aktdır və məhz bu cür sənədlərin açılması və yayılması erməni millətçiliyinin həqiqi məqsədlərini ifşa edir”.
Ekspert qeyd edib ki, erməni millətçilərinin aqressiv fəaliyyəti həm Osmanlı imperiyasında, həm də Azərbaycan Xalq Cümhuriyyətində cəzalandırılırdı:
“Fikrimcə, bunu Qarabağdakı döyüşlərdə Azərbaycan ordusu gücünü nümayiş etdirməklə təsdiq etdi. Bununla belə, Ermənistan öz siyasətini və “soyqırım” anlayışından istifadə etməklə Türkiyəyə ərazi iddialarını davam etdirir. Eyni zamanda isə beynəlxalq hüququn prinsip və normalarını pozmaqla Azərbaycan ərazilərinin işğalını davam etdirir”.
T.İsmayıl hesab edir ki, Ermənistan rəhbərliyi bütün dünyaya terrorçuluq və faşizmin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirir.

Bu xəbər oxundu
- - -