Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyan yürütdüyü siyasət nəticəsində Rusiya ilə münasibətdə soyuqluq yaşayır”

21.09.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Ermənistanın baş naziri Nikol Paşinyanın bütün fikri Ermənistanda keçiriləcək parlament seçkilərində qələbə çalmağa köklənib. O Yerevanda son mitinqi də ona görə təşkil etmişdi ki, özünü həm daxildə, həm də xaricdə göstərə bilsin". Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Paşinyanı nə Qarabağ, nə də başqa məsələlər maraqlandırmır: "Paşinyan yürütdüyü siyasət nəticəsində Rusiya ilə münasibətdə də müəyyən soyuqluq yaşayır. O Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşməyə çalışsa da o da alınmadı. Baxmayaraq ki, adamlarını Vaşinqtona göndərib lobbiçilik fəaliyyəti aparırdı. Paşinyan bu istiqamətdə də heç bir şeyə nail ola bilmədi. Ermənistanda 105 yerlik parlamentdə 57 deputat faktiki "Daşnaksütyun" partiyasının üzvləri hər an onu baş nazirlikdən endirə bilərlər. Ona görə də Paşinyanın ziddiyyətli hərəkətləri, sərsəm bəyanatları, təxribatları hamısı bununla bağlıdır. O atdığı bu addımla öz vəziyyətini ağırlaşdırır".

Bu xəbər oxundu
- - -