Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AMEA-da Mikayıl Müşfiqin 110 illiyinə həsr edilən elmi sessiya keçirilib

24.09.18, 12:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib. Əvvəlcə tədbir iştirakçıları M.Müşfiqin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyub, şairin xatirəsini hörmətlə anıblar. Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq sessiyanın Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 17 may 2018-ci il tarixli Sərəncamına əsasən keçirildiyini deyib. O, daha sonra repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, M.Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biri olub, Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib.
İ.Həbibbəyli şairin milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaratdığını diqqətə çatdırıb: "Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır".
Sonra institutun əməkdaşlarının “Milli poetik sistemin təkamülündə Mikayıl Müşfiqin rolu”, “Milli azadlıq carçısı Mikayıl Müşfiq”, “Müşfiq poeziyasında uşaq dünyası”, “Səməd Vurğun və Mikayıl Müşfiq”, “Mikayıl Müşfiqin poema yaradıcılığı” mövzularında məruzələri dinlənilib. Məruzələrdə görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söz açılıb. Vurğulanıb ki, Müşfiqin yaratdığı solmaz sənət inciləri yaddaşlara əbədi həkk olunub. Onun yaşlı nəsillə yanaşı, gənclər arasında da dillər əzbəri olan şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Bu xəbər oxundu
- - -