Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir”

24.09.18, 13:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb: "Azərbaycan regionda Rusiyanın iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirir. Bunlar arasında Şimal-Cənub nəqliyyat dəhlizi də var.
Rusiyalı jurnalist Andrey Şapoşnikov "Moskva-Baku.ru" portalı üçün hazırladığı süjetdə bu haqda fikir irəli sürür. O bildirir ki, hazırda
iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biri Xəzər dənizidir: “Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini də bu ölkəyə aparır. Azərbaycanda artıq Rusiyanın "KamAZ", "QAZ", "LUKoil" və başqa nəhəng şirkətlər fəaliyyət göstərir".
Onun sözlərinə görə, son illər Azərbaycan Rusiya silahlarını almaqla ölkənin vacib hərbi tərəfdaşına çevrilib: "Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş "ADEX-2018" sərgisi keçiriləcək. Bu sərgidə də Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək."
Şapoşnikov qeyd edir ki, Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ola bilər: "Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki, həmin görüşdə bu mövzu da müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o, Rusiya ilə müttəfiq olduğunu desə də, lakin digər gözü ilə Qərbə yönəlib”.

Bu xəbər oxundu
- - -