Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı İslam Universiteti bağlanır

24.09.18, 13:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nazirlər Kabineti universietin tələbələrinin yerləşdirilməsi üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib

Bakı İslam Universiteti fəaliyyətini dayandırır.
Universitetin tələbələri Azərbaycan İlhahiyyat İnstitutuna köçürülür.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumatı təsdiqləyib.
QMİ rəsmisi bildirib ki, yalnız birinci kurs tələbələrinin köçürülməsi nəzərdə tutulub: “Digər kurslarda oxuyan tələbələr təhsillərini davam etdirəcəklər. Bu qərarın qəbul olunması İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədardır. Tərəfimizdən qərar qəbul olunub ki, paralel fakültələr üzrə təhsil alan tələbələr həmin ali təhsil müəssisəsinə köçürülsün. Eyni zamanda İlahiyyat İnstitutunda həmin ixtisaslar üzrə pulsuz tələbə qəbulu həyata keçirilir”.
Rəhimə Dadaşovanın sözlərinə görə, artıq həmin tələbələrin yerləşdirilməsi haqqında müvafiq iş aparılıb.
Qeyd edək ki, Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir.
Nazirlər Kabineti isə artıq Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.
DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.
DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.

Bu xəbər oxundu
- - -