Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb

25.09.18, 8:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində “Qara Qarayevin kino musiqisi” kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi Nailə Mehdiyeva, ikinci nəşrin redaktoru isə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.
Kitab Azərbaycan musiqi mədəniyyətinin klassiki, görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığının bir qolunu – kinofilmlər üçün bəstələnmiş musiqiləri araşdıran tədqiqat əsəridir. Burada Qara Qarayevin bəstəkarı olduğu və 1938-1965-ci illəri əhatə edən filmlər təfərrüatları ilə nəzərdən keçirilib. Kitabın əsas məğzini böyük bəstəkarın musiqisinin filmlərlə sıx bağlı analizi təşkil edir. Musiqilərin təhlili çox saylı not nümunələri ilə müşayiət olunub.
Tədqiqatın başlanğıc fəsli Azərbaycanda kino musiqisinin inkişafının ilkin mərhələsinə işıq tutmuşdur. Kitabın sonunda Qara Qarayevin musiqi bəstələdiyi filmlərin siyahısı yer alıb.
Kitab Nailə Mehdiyevanın tədqiqat əsərinin ikinci təkmilləşdirilmiş nəşridir. Əsər ilk dəfə 1966-cı ildə “Azərnəşr”də işıq üzü görüb. İkinci nəşrdə mətnlə yanaşı yeni fotomateriallar da təqdim olunub.
Kitab mütəxəssislərlə yanaşı, kinosevərlər və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -