Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xeyriyyəçi soydaşlarımız 22 məktəb tikdirir

25.09.18, 13:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bundan əvvəl Güney Azərbaycanın bütün əyalətləri, o cümlədən Xoy şəhərinin yerləşdiyi Qərbi Azərbaycan Əyalətində şagirdlərin dərs otağı çatışmazlığından əziyyət çəkdiyi barədə dəfələrlə xəbər yayılıb.
Məlumata görə, bu problem Xoy şəhərində qismən də olsa, öz həllini tapacaq. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olacaq.
Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar.
Xoy Şəhər İcra Hakimiyyəti başçısı Məhəmməd Abedi sentyabrın 24-də “Fars” xəbər agentliyi ilə danışığında təmsil etdiyi şəhərdə 164 dərs otağına malik olan 22 məktəbin tikilməkdə olduğunu bildirib. Onun sözlərinə görə, 120 dərs otağı olan daha 24 məktəb xeyriyyəçilər tərəfindən yaxın zamanda tikiləcək.
“Bundan əvvəl Xoy şəhərində 434 dərs otağına malik olan 92 məktəb yerli xeyriyyəçilər tərəfindən inşa edilib”- deyə Məhəmməd Abedi sözlərinin davamında əlavə edib.
Şəhər İcra Hakimiyyəti başçısı xeyriyyəçi soydaşlarımızı alqışlayaraq onların bu işini yüksək qiymətləndirib və bildirib ki, xeyriyyəçilər bu işləri ilə şagirdlərə və cəmiyyətin digər üzvlərinə yaxşı nümunə göstərib və bağışlamaq dərsi veriblər.
Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

Bu xəbər oxundu
- - -