Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda “Şimali Azərbaycan” yaratmaq tələbi

26.09.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərinin İran parlamentindəki millət vəkili Vəli Məleki bundan əvvəl Azərbaycana qarşı irəli sürdüyü təklifi yenidən gündəmə gətirib.
O bu barədə sentyabrın 25-də parlamentdə çıxışı zamanı danışıb.
Millət vəkili Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin parçalanması və “Şimali Azərbaycan” Əyalətinin yaradılması ilə bağlı təklifini bir daha təkrar edərək bunun bölgə əhalisi tərəfidən tələb olunduğunu iddia edib.
“Ölkə başçısı və parlamentin sədrindən “Şimali Azərbaycan” Əyalətinin yaradılmasına şərait yaratmalarını istəyirəm. Bir neçə millət vəkili, xüsusi ilə də Azərbaycan məntəqəsinin şimal şəhərlərinin millət vəkilləri layihə təklifini imzalayıblar. Bu ideya əhalinin tələbidir və ölkənin təhlükəsizliyi ilə heç bir ziddiyyət təşkil etmir”- deyə o bildirib.
Meşginşəhrin sözdə milət vəkili, hökumətin tələbini yerinə gətirərək belə bir təklif irəli sürür, lakin bunu bölgə əhalisinin ictimai tələbi kimi təqdim edir. Halbu ki, əhali bu məsələnin gündəmə gəlməsindən ciddi narahatdır və müxtəlif formalarda öz etirazını bildirib.
Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi bu barədə bildirib ki, ““Şimali Azərbaycan” Əyalətinin yaradılması planı insanları narahat edir, biz bu plana mütləq qarşı çıxacayıq.”
Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) millət vəkili Məhəmməd İsmayıl Səidi isə yeni inzibati-ərazi bölgüsü yaratmaq yerinə əyalət rəhbərliyinin səlahiyyətlərinin artırılmasını tələb edib.
Azərbaycana qarşı yönələn layihə təklifi Meşginşəhr, Parsabad və Biləsuvar, Germi, Əhər və Heris, həmçinin Kəleybər, Xudafərin və Hurandın millət vəkilləri tərəfindən imzalanıb.
Şübhəsiz ki, “Şimali Azərbaycan” Əyalətinin təşkili məsələsi Güney Azərbaycanı daha çox parçalamağa yönəlib, bəzi azərbaycanlı millət vəkilləri də qərəzli şəkildə hazırlanmış ssenarinin icraçılarıdır. Güney Azərbaycan birinci müxtəlif bölgələrə parçalanır, sonra əyalətlərin əhalisi arasına nifaq salınır. Bəzi əyalətlərin üzərindən isə ümumiyyətlə Azərbaycan sözü götürülür. Həmədan, Ərdəbil, Zəncan və Qəzvin əyalətləri o cümlədəndir.
Bu ssenarinin başqa bir hədəfi də Azərbaycan Respublikası ilə bağlıdır. Ona görə ki, bir çoxları, xüsusi ilə də güney azərbaycanlılar Azərbaycan Respublikasını “Şimali Azərbaycan” adlandırır. İranda “Şimali Azərbaycan” Əyalətinin yaradılması ölkə əhalisi ilə yanaşı, dünya ictimaiyyətinə də fərqli mesaj verə bilər. Bütün bunlar “Şimali Azərbaycan” Əyalətinin yaradılması planının qəbulolunmaz nəticələridir.

Bu xəbər oxundu
- - -