Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Britaniya kəşfiyyatı Putinə etdiyi köməyə görə təəssüfləndi

01.10.18, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Böyük Britaniyanın gizli kəşfiyyat xidməti (Mİ6)-nın keçmiş rəhbəri Riçard Dirlav (təşkilata 1999-2004-cü illərdə rəhbərlik edib) Vladimir Putinə etdiyi yardıma görə təəssüf hissi keçirdiyini açıqlayıb. Xarici KİV xəbər verir ki, 2000-ci ildə Rusiyadakı prezident seçkiləri öncəsi Mİ6 rəhbəri Vladimir Putinlə baş nazir Toni Bler arasında görüş təşkil etmişdi. Həmin görüş Putinin seçkiqabağı nüfuzunun yüksəlməsinə və prezident seçkilərində qələbəsinə stimul olmuşdu.
Dirlavın sözlərinə görə, “KQB” agenti ona müraciət edərək baş nazir Toni Blerlə Vladimir Putinin görüşünün təşkil olunmasını xahiş edib. Siyasətçilər Sankt-Peterburqdakı Mariinskiy teatrında bəstəkar Sergey Prokofyevin “Hərb və Sülh” operasına baxmağı planlaşdırırdılar. “Londonda biz müzakirələr apararaq Toni Blerin dəvəti qəbul edib-etməməsini müzakirə edirdik. Sonda qərara gəldik ki, bu qeyri-adi təklifdi və görüş baş tutmalıdır”.
Riçard Dirlav həmin illərdə Rusiya ilə münasibətlərin müsbət olduğunu lakin sonradan xırda problemlərin ciddi maneələrə yol açdığını xatırlayıb. “Bizim önümüzdə Boris Berezovskinin Rusiyaya ekstradisiyası, çeçen siyasətçisi Əhməd Zakayevin taleyi və 2006-cı ildə Lononda zəhərlənərək öldürülən Aleksandr Litvinenkonun polonium-210 maddəsi ilə zəhərlənməsi kimi çətin problemlər yarandı. Münasibətlər ilk 1,5-2 il ərzində yaxşı olsa da, sonradan çoxlu çətinliklər önə çıxdı və biz Putinin əsl simasını görə bildirik”.

Bu xəbər oxundu
- - -