Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tiflis Rusiyanı ABŞ-ın laboratoriyalarına dəvət etdi

02.10.18, 9:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın öz xarici siyasi məqsədlərinə çatmaq üçün laboratoriya məsələsindən istifadə etmək arzusu hər kəsə aiddir.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. Onun sözlərin görə, əgər Rusiya həqiqəti öyrənmək istəyirsə, o zaman Luqara laboratoriyasına öz mütəxəssislərini göndərə bilər:
“Biz bir neçə dəfə demişik ki, bu laboratoriyanın qapıları bütün ölkələrin alimləri üçün açıqdır. Rusiyalı mütəxəssislər bu illər ərzində laboratoriyaya gəlib və qiymət veriblər. 14-15 noyabrda burada beynəlxalq seminar keçiriləcək və təşkilatçılar laboratoriyaya rusiyalı alimləri də dəvət ediblər. Biz onları dəvət etmişik, amma qərarı onların özləri verməlidirlər”.
Qeyd edək ki, Moskva bundan öncə Gürcüstandakı Luqara laboratoriyasının ABŞ-a aid olduğunu deyib. Rusiyanın iddiasına görə, bu laboratoriyada Vaşinqtonun müxtəlif virusları və bakteriyaları sınaqdan keçirir.

Bu xəbər oxundu
- - -