Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İran rəsmiləri ilə danışıqlar aparmağa çalışırıq”

02.10.18, 12:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman oktyabrın 1-də İranda insan hüquqlarının acınacaqlı durumu ilə bağlı ilk hesabatını yayaraq, İran rejimindən ölkəyə səfərinə qoyulan qadağanın aradan qaldırılmasını tələb edib.
İranda insan hüquqları ilə bağlı vəziyyətin çox ağır olduğunu bildirən Cavid Rəhman jurnalistlərə açıqlamasında deyib ki, İran rejimi onun ölkəyə səfərinə qoyduğu qadağanı aradan qaldırmalı, onun İranda insan hüquqları fəalları və həbsdə saxlanılan siyasi məhbuslarla görüşməsinə şərait yaratmalıdır: “Mən, Tehrana səfərimə icazə verilməs və insan hüquaları ilə bağlı vəziyyətlə yaxından danış olmağıma şərait yaradılması üçün İran hökumətinə rəsmən müraciət edəcəyəm.
BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndələrinin bu günə qədər Tehrana səfər edə bilməməsi, həm BMT, həm də insan hüquqları uğrunda fəaliyyət aparan hüquq müdafiəçiləri üçün ümidverici bir xəbər deyil. Hesab edirəm ki, İran İslam Respublikası rəsmiləri ilə bu barədə konstruktiv danışıqlar aparmaq vacib məsələdir və mən buna çalışacağam.
İranda edamların sayının kəskin artması, söz və ifadə azadlığının məhdudlaşdırılması, qadınların, eləcə də milli və dini azlıqların hüquqlarının kobud şəkildə pozulması, siyasi məhbuslara zindanlarda işgəncələr verilməsi, siyasi və ictimai azadlıqların sıxışdırılması və bu kimi xoşagəlməz halların baş verməsi bizi və beynəlxalq ictimaiyyəti ciddi narahat edir. Biz isə həmin məsələlər barədə İran rəsmiləri ilə danışıqlar aparmağa çalışırıq”.
Qeyd edək ki, bundan əvvəl BMT-nin İranda insan hüquqları üzrə keçmiş xüsusi nümayəndələri Əhməd Şəhid və fevralın 11-də vəfat etmiş Asimə Cahangir, İrana səfər etmək və insan hüquqları ilə bağlı vəziyyətlə yaxından tanış olmaq üçün dəfələrlə İran rəsmilərinə müraciət etsələr də, rəsmi Tehran onların ölkəyə səfərinə imkan verməyib.

Bu xəbər oxundu
- - -