Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyədə maliyyə pozuntuları törədən 417 nəfər yaxalanıb

02.10.18, 12:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin İstanbul da daxil olmaqla bir sıra şəhərlərində maliyyə pozuntuları törədən şəxslərə qarşı əməliyyat həyata keçirilib. Bu barədə məlumatı İstanbul Prokurorluğu yayıb. Əməliyyat nəticəsində 417 nəfər yaxalanıb. Ələ keçirilən şəxslərin çoxu çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində ittiham edilib.
Prokurorluq həmçinin 2017-ci ildən bu yana bu şəxslərin müxtəlif banklar vasitəsilə 5 min türk lirəsi və ondan yuxarı məbləğdə 28088 pul transferi həyata keçirdiyini bildirib. Ümumilikdə pul transferinin 2,455 milyard lirə olduğu vurğulanıb. Ən maraqlı məqam isə pulların transfer edildiyi şəxslərin çoxunun ABŞ-da yaşayan İran əsilli vətəndaşlar olması olub.
Yerli mətbuat artıq əməliyyatla bağlı maraqlı iddia irəli sürüb. Belə ki, mətbuat ABŞ-ın bir müddət öncə Türkiyəni çirkli pulların yuyulması ilə mübarizəyə səslədiyini bildirib. Mətbuatını diqqətini çəkən əsas məqam isə Ərdoğanın ABŞ-ın çağırışına Nyu Yorkdan qayıtdıqdan sonra bu əməliyyatla cavab verməsi olub.

Bu xəbər oxundu
- - -