Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

«Almaniyaların birləşməsi prosesi hələ başa çatmayıb»

04.10.18, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xarici KİV-in verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel Almaniya Federativ və Almaniya Demokratik respublikalarının 1990-cı ildə birləşməsinin 28-ci illiyi münasibətilə Berlində çıxış edib. Kansler «birləşmə»ni uzun tarixi yol adlandırıb və deyib ki, bu proses hələ də sona çatmayıb və cəmiyyətdən həmrəylik, səbr tələb edir.
«Amma 28 il ötdükdən sonra biz bilirik ki, alman birliyi adlandırdığımız proses uzun yoldur və hər zaman tələb edir ki, bir-birimizə qulaq asaq, bir-birimizə güzəştə gedək, bir-birimizin əlini buraxmayaq. Alman birliyi başa çatmayıb və 28 ildən sonra o, bizim qarşımızda yeni çağırışlar qoyur» – deyə, AFR nazirlər kabinetinin mətbuat xidməti Merkeldən sitat gətirir.
Kansler qeyd edib ki, 1990-ı ildə dinc inqilab baş verib – bu inqilabda «mərd ADR insanları» iştirak ediblər. «Biz, bunu yadda çıxartmamalıyıq ki, Helmut Kol Almaniya birliyinin kansleri olaraq, öz əqidədaşları ilə birlikdə bu prosesi qonşularımızla sülh və dostluq şəraitində reallaşdırmağa nail olub» – deyə, Merkel əlavə edib.

Bu xəbər oxundu
- - -