Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Karapetyana “Skripal işi”nə görə sui-qəsd edilib

05.10.18, 7:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya baş prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak Karapetyanın "AS-350" helikopterinin qəzaya uğraması nəticəsində ölməsi təsadüfi deyil. Ona qarşı sui-qəsd edilməsi ehtimalı çox böyükdür.
Bu barədə Rusiyanın sabiq hərbi kəşfiyyatçısı Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal “Milli Xəbər Xidməti” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, “Skripalların işi” ilə məşğul olan Karapetyanın ölümü Solsberidəki zəhərlənmə ilə əlaqəlidir.
“Mən təsadüflərə inanmıram. Əvvəlcə biz avtomobil qəzasına düşürük. Üstündən düz bir həftə keçir və indi də bu hadisə... Belə şeylər də ola bilər”, – Viktoriya deyib.
Karapetyanın fəaliyyətinə yaxından bələd olan mənbə “İnterfax”a bildirib ki, o, 2016-cı ildə baş prokurorun müavini təyin edildikdən sonra ən qalmaqallı cinayət işlərinə, o cümlədən də, “Skripalların işi”nə birbaşa nəzarəti həyata keçirib. Xüsusən də, Solsberidəki zəhərlənmə hadisəsilə bağlı Böyük Britaniya hökuməti və xüsusi xidmət orqanlarına sorğular hazırlamaqla məşğul olub.
Qeyd edək ki, Rusiya baş prokurorunun erməni əsilli müavini Saak Karapetyan oktyabrın 3-ü axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində "AS-350" helikopterinin yerə çırpılması nəticəsində ölüb. Onunla yanaşı, helikopterdə olan daha 2 nəfər – kəndin erməni sakini Arek Aratyunyan və pilot Mixnov da ölüblər. İnsidentlə bağlı cinayət işi açılıb. Məlum olub ki, Karapetyanın olduğu "AS-350" helikopteri icazəsiz uçuş həyata keçirib.

Bu xəbər oxundu
- - -