Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ terror təşkilatına bütün spektrlər üzrə dəstk verir

05.10.18, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Qeyd edək ki, Türkiyədə PKK terror təşkilatının xain hücümu nəticəsində 7 türk əsgəri şəhid oldu. Bir neçəsi yaralandı. Bu terror hücumu ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi terrorla mübarizədə Türkiyənin yanında olduğunu və müttəfiq kimi dəstəklədiyini qeyd etdi. Bu mesaj ABŞ-Türkiyə böhranı fonunda Vaşinqtonun Anakara ilə əlaqələrin bərpa edilməsi istiqamətində atılan addımdır.
Politoloq bildirib ki, Vaşinqton PKK -nı terror təşkilatı kimi tanısa da, onun Suriya qolu olan YPG-ni terror təşkilatı kimi tanımır, hətta bu terror təşkilatına tonlarla silah-sursat göndərir, siyasi dəstək verir: “Rəsmi Anakara, məhz bu kimi amillərə görə ABŞ-a iradlarını bildirir və müttəfiq əlaqələrə zərbə vuran YPG-ni dəstəkləməməsini tələb edir. ABŞ isə Türkiyənin siyasi iradəsinə zidd olaraq, bu terror təşkilatına bütün spektrlər üzrə dəstk verir. Ağ Evin bu planı Suriyada yeni kürd muxtariyyəti yaratamaq və gələcək perspektivdə Şimali İraq Kürd Muxtariyyəti ilə birləşdirirək, yeni Kürd dövləti yaratmaqdır. Ona görə də Türkiyənin təpkilərinə rəğmən Suriyada YPG-ni silahlandırır. Demək olar ki, ABŞ-la Türkiyənin müttəfiq əlaqələri zədələnib, tərəflər yalnız NATO çərçivəsində kağız üzərində müttəfiqdi. Bir terror təşkilatı Türkiyəyə hücum edirsə, ABŞ müttəfiq olaraq həmin terror təşkilatı silahlandırırsa, hansı müttəfiqlikdən söhbət gedə bilər?!”
Hazırda PKK-nın əlində ABŞ-ın YPG verdiyi müasir tank vuran raketlər, havadan müdafiə sistemləri və 120 mm artilleriya silahları ilə yanaşı, müxtəli çaplı atıcı silahlar var. Deməli, Vaşinqton hazırkı mərhələdə PKK terror təşkilatını YPG vasitəsi ilə silahlandırmaqla, NATO müttəfiqini zəiflətməyə çalışır. Əvvəllər, ABŞ PKK qarşı mübarizədə Türkiyəyə kəşfiyyat məlumatları ötürürdü. Hazırda isə, bu kəşfiyyat məlumatları verilmir. Çünki Suriyada YPG və PKK koordinasiyalı fəaliyyət göstərir. Kəşfiyyat məlumatlarının ötürülməsi isə, YPG-nin deşifrəsi olar: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın Şərqində hərbi əməliyyatlar keçirəcəyini anonsunu verib. Bu ərazilər YPG-nin nəzarətindədir. ABŞ çalışacaq dəstəklədiyi kürd terorrçularını bu ərazilərdən çıxarmaqla,Türkiyənin hücumundan qorusun. Türkiyə PKK/YPG qarşı həm daxildə, həm də İraq və Suriyada anti-terror əməliyyatları həyata keçirir. Türkiyəni bu anti-terror əməliyyatlarında NATO müttəfiqləri dəstəkləmir.
Göründüyü kimi, Ankara uğurlu hərbi əməliyyatlarla İraqda , Suriyada PKK-YPG ciddi şəkildə zəiflədir. ABŞ YPG-yə silah yardımını kəsərsə, PKK -YPG Türkiyə bu ərazilərdən təmizləyər. ABŞ, bu terror təşkilatından Türkiyəyə qarşı əsas təzyiq rıçaqı kimi istəfadə edir”.

Bu xəbər oxundu
- - -