Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Baş nazir “vor zakon”larla ittifaq yaradır

05.10.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın baş naziri Nikol Paşinyan Robert Koçaryan və Serj Sarkisyanın komandalarına qarşı müqaviməti gücləndirmək üçün “vor zakon”larla (qanuni oğrular) ittifaq yaratmağa başlayıb.
Bu barədə Ermənistanın “İravnuk” qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Nikol Paşinyan parlament və parlamentdən kənar siyasi qüvvələrin mövqeyini nəzərə almadan ölkəni növbədənkənar seçkilərə aparmağa çalışdığı bir vaxtda, baş nazirin birinci müavini və Paşinyanın “sağ əli” Ararat Mirzoyana heç də asan olmayan missiya tapşırılıb. Belə ki, Mirzoyan erməni “vor zakon”larla danışıqlar aparıb, onları Paşinyanla ittifaqa cəlb etmlidir.
“Əldə etdiyimiz məlumatlara görə, Mirzoyan Ermənistan daxilində yaranmış siyasi böhran vəziyyətilə əlaqədar kriminal avtoritetlərlə görüşüb danışıqlar aparmalıdır. Çünki kriminal aləm Nikol Paşinyana birmənalı dəstəyini ifadə etməsinə baxmayaraq, əməkdaşlıq üçün onların da öz şərtləri var. Tələblər isə əsasən silahdaşlarının amnistiyası ilə bağlıdır” - “İravnuk” yazıb.
Qeyd edək ki, apreldəki “inqilab”dan sonra hakimiyyətə gələrkən Paşinyanı dəstəkləyən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları indi növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsində ona xəyanət edərək Respublikaçılarla eyni cəbhədə yer alıblar. Nəticədə Paşinyan həmin partiyaların təmsilçisi olan nazir və qubernatorları işdən qovub.
Bu mənada erməni KİV-ri yazır ki, digər siyasi qüvvələri də cəlb etməklə Sarkisyan-Koçaryan cütlüyünün yenidən birləşərək ona qarşı vahid güc mərkəzi yaradacağından ehtiyatlanan, həmçinin, Qarabağdakı generalların hələ də "Qarabağ klanı"nın təsiri altında olduğunu dərk edən Paşinyan mümkün hərbi çevrilişdə onun yanında yer alacaq “silahlılara” ehtiyac duyur.

Bu xəbər oxundu
- - -