Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı Rusiyadan izahat tələb etməlidir”

08.10.18, 8:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya ilə ölkəmiz arasında ikitərəfli əlaqələrdə inkişaf tendensiyası müşahidə edilir. Rusiya ilə bir çox sahələri əhatə edən sənədlər imzalanıb, demək olar ki, Moskva ilə prezidentlərin Soçi görüşündə imzalanan sənədlər göstərir ki, iki ölkə əhəmiyyətli şəkildə iqtisadi-siyasi tərəfdaşlıqda strateji xətt götürüb.
Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsəsdullazadə deyib.
O, qeyd edib ki, Cənubi Qafqazda Rusiya belə demək mümkünsə, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirmək siyasətinə malikdir. Qeyd edim ki, Rusiya prezidenti Vladimir Putinin ötən ayın 27-də Bakı səfərində iqtisadi əməkdaşlığı bir daha xüsusi qeyd etməsi, Kremlin Azərbaycanı əlverişli və stabil iqtisadi cəhətdən əhəmiyyətli ölkə hesab edir.
Təbii ki, iqtisadi əməkdaşlıq siyasi əlaqələrin dinamizminə gətirməlidir. Dövlətlərarası və prezidentlərin şəxsi münasibətlərinin yüksək olduğu indiki mərhələdə Rusiyada Azərbaycanın ərazi bütövlüyünə, milli etnik zəmində düşmənçiliyi qızışdıran separatist qrumların və onların informasiya mərkəzlərinin fəaliyyəti ölkəmizi narahat edən faktordu: " Ölkəmizə qarşı separatizmi və etnik düşmənçiliyi təbliğ edənlər bu gün Rusiyada yüksək səviyyədə himayə olunur. Əgər, belə olmasa idi, anti-demokratik bir ölkədə onların fəaliyyət azadlığına imkan verilməzdi. Rusiyada erməni lobbisinin maliyyə hesabı və birbaşa Rusiya dövlətinin nəzarətində olan Azərbaycana qarşı yuxarıda qeyd etdiyim məsələlərdə fəaliyyət göstərən özlərini talış qardaşlarımızın guya "himayəçisi" adlandıran ünsürlərin əsl məqsədi ölkədə Rusiyanın separtist siyasətini və imperiya maraqlarını "parçala və idarə et" prinsiplərini həyata keçirənlərdi. Onlar heç vaxt talış qardaşlarımızın təmsilçiləri ola bilməz".
Rəsmi Bakı birmənalı şəkildə Rusiyadan öz ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən bu şəxslərlə bağlı izahat tələb etməli və nota verməlidir.
Azərbaycan əleyhinə etnik düşmənçiliyi qızışdıranlardan biri İsmayıl Şabanov hətta Putinin millətlər arası beynəlxalq şurasının üzvüdür: "Göründüyü kimi Rusiyanın ölkəmizə qarşı bu siyasəti başa düşülən deyil. Və, bu kimi fəaliyyətlər Rusiyanın Azərbaycana qarşı siyasətində suallar doğurur. Məhz, tarix boyu Rusiya etnik müstəvidə ölkəmizə qarşı siyasət aparıb hazırda da bu davam edir".

Bu xəbər oxundu
- - -