Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Gözləntilər özünü doğrultmadı”

08.10.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftə təsdiqlənmiş yeni nizamnaməsi, qurumun Direktorlar Şurasının (DŞ) ləğv olunması diqqət mərkəzində olub.
Millət vəkili Vahid Əhmədov DŞ-nın sədri Rüfət Aslanlının fəaliyyətini kəskin tənqid edib: “Palata 2 ildən artıqdır ki, fəaliyyət göstərsə də, yalnız son 6 ayda baş icraçı direktor İbrahim Alışovun rəhbərliyi dövründə maliyyə sektorunda dirçəlmə olub. Həftədə 2-3 dəfə onunla görüşürəm. Dollarda götürülmüş kreditlərlə bağlı problemlər var. Normal adamla normal danışmaq olur. Yoxsa Rüfət Aslanı özünə 65 min manat maaş yazdırmışdı. Hesab edirəm ki, prezident onunla bağlı düzgün qərar verdi".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində ciddi nöqsanlar vardı: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər vardı. Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbət işartılar da özünü göstərməkdədir”.

Bu xəbər oxundu
- - -