Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Boltonun Qafqaz səfəri...

09.10.18, 8:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Boltonun Rusiya və Cənubi Qafqaza nəzərdə tutulan səfərinin coğrafiyası çox genişdir”.
Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə ehtimal edilən səfərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir sözügedən səfərin Azərbaycan üçün əhəmiyyətini xüsusilə qeyd edib:
“Boltonun səfərlərində əsas gündəm ABŞ-ın bu ölkələrə məxsus xarici siyasəti olacaq. Müzakirə ediləcək məsələlər isə müxtəlif istiqamətləri əhatə edəcək. Bu mənada Boltonun Azərbaycana səfəri mühüm önəm kəsb edir. Hesab edirəm ki, əsas gündəm təxminən üç mövzu ətrafında olacaq: birinci, Avropanın enerji təminatının diversifikasiyası, Azərbaycanın bu məsələdə rolu, həyata keçirilən layihələrin indiki vəziyyəti və bununla bağlı perspektivlər; ikinci, təhlükəsizliklə bağlı olan məsələlərdir - söhbət Yaxın Şərq və ya ABŞ-ın İrana aid siyasətindən gedir; üçüncü, Ermənistan-Azərbaycan münaqişəsi və ondan irəli gələn məsələlərdir”.
T.Zülfüqarov Boltonun İrəvana səfərinin erməni ekspertlər tərəfindən ABŞ-la münasibətlərin gündəminin müəyyənləşdirilməsi baxımından şans olaraq görülməsinə də münasibət bildirib:
“Ermənistanda bu səfərlə bağlı sevinc hisslərinin səbəbləri müxtəlif ola bilər. Onlar hesab edirlər ki, bəyan etdikləri qərbpərəst siyasətə, bugünkü mövzuda olan müzakirələrə bu və ya digər şəkildə nail ola biləcəklər. Ancaq Paşinyanın ABŞ-a rəsmi səfəri demək olar ki, olmayıb. Bu baxımdan Boltonun Ermənistana səfəri zamanı Paşinyanın yeni bəyan olunmuş siyasətini təbliğ etməyə çalışacaqlar. Təbii ki, Ermənistan bu məsələ ilə əlaqədar ABŞ-dan investisiya və yardım istəyəcək. Doğrusu, ABŞ-ın İrəvana dəstək verəcəyinə inanmıram. Çünki Tramp Administrasiyası müxtəlif ölkələrə yardımını azaldıb. ABŞ hazırda yalnız Vaşinqtonun çox ciddi maraq dairəsində olan ölkələrə yardım edir. Ermənistan isə ABŞ-ın marağına səbəb ola bilməz”.
Qeyd edək ki, erməni politoloq Suren Sərkisyan öz Feysbuk səhifəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcəyini bildirib.

Bu xəbər oxundu
- - -