Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyan qanunları zorlayır, çara, tirana çevrilir”

09.10.18, 8:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Respublikaçılar Partiyası növbədənkənar seçkiyə qarşı deyil. Bizim problemimiz zaman yox, metoddur.
Bunu “Nyus.am”a müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
“Paşinyanın özü bir müddət əvvəl seçkinin gələn ilin may-iyun aylarında baş tutmasını istəyirdi. Əgər Çiçəklənən Ermənistan Partiyası ilə Paşinyan arasındakı memorandumu nəzərə alsaq, Respublikaçılar Partiyasının artıq parlamentdə üstünlüyü yoxdur. Namizəd lazımi səs sayı olanda irəli sürülür. Bizdə bu səs sayı artıq 48-dir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Paşinyan artıq çara çevrilir:
“Sizə bəyəm aydın deyil? Hər şeyin sonu çatıb. Ermənistanda Konstitusiyanı və hakimiyyətin bölünməsi prinsipini zorlayıblar. Ermənistanda ilk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub. Bunu, istəyirsinizsə, “xalqın arzusu” adlandırın. Ürəyiniz istədiyiniz kimi adlandıra bilərsiniz. Eyni bu metodla zamanında Bonapart, Hitler, bolşeviklər davranaraq, xalqın arxasında gizləniblər. Artıq növbədənkənar seçkidə kimin nə qədər səs toplayacağı vacib deyil. Bu sondur. Plüralizm Ermənistanda öldü. Sadəcə bizim baş nazirimiz yerinə çar, diktator və ya tiranımız olacaq. Bunu istəyirdiniz? İndi həzz ala bilərsiniz. Mən bunu deyirəm, amma anlayıram ki, Ermənistan əhalisinin əksəriyyəti mənim sözlərimə əks-reaksiya verəcək. Mən bunu özüm üçün deyirəm ki, vicdanım təmiz olsun. Belə çıxır ki, 100 min nəfər toplayan hər kəs istədiyi şeyi edə bilər? Siyasətdə hər zaman bumeranq effekti qalır. Mən bunu öz səhvlərimizi nəzərə alaraq deyirəm”.

Bu xəbər oxundu
- - -