Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şimali Koreya demokratikləşir?

09.10.18, 9:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şimali Koreya lideri Kim Çen In ölkəsini sürətlə beynəlxalq sanksiyaların təsiri altından çıxarır. Xarici KİV xəbər verir ki, oktyabrın 7-də ABŞ Dövlət katibi Mayk Pompeo ilə keçirilən görüş bunu bir daha sübut edib. Belə ki, tərəflər danışıqlar apararaq Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə razılıqlar bir daha təsdiqlənib. “Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüm çox uğurlu keçdi. Biz Sinqapurda Trampla Kim Çen In arasında əldə olunmuş razılaşmaları saxlamaq barədə razılaşdıq”-deyə Dövlət karibi açıqlamasında demişdi.
Danışıqlar 2 saat davam edib. ABŞ nümayəndə heyətinin üzvü bu dəfəki danışıqların əvvəlkindən daha uğurlu keçdiyini xatırlayıb. Dialoqun əsası Trampla Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçirilən görüş zamanı qoyulub. Sammitdə imzalanan müqavilənin bəndlərindən biri Koreya yarımadasının nüvəsizləşdirilməsini nəzərdə tuturdu.
Rəsmi Pxenyan amerikalı müfəttişlərin Pxunqeri poliqonunda nüvə sınaqlarının keçirildiyi ərazini də gözdən keçirəcək. Bundan başqa, Mayk Pompeo ilə Kim Çen In Donald Trampla yeni danışıqların təşkil olunmasını da müzakirə ediblər.
Şimali Koreyaya 4-cü səfərindən sonra Pompeo Cənubi Koreyaya səfər edərək prezident Mun Çje İnlə də görüş keçirib. Ekspertlərin fikrincə, Şimali Koreya lideri Trampa güzəştə gedir. Xüsusən, Pxunqeri poliqonunda yoxlamaların keçirilməsi rəsmi Pxenyanın münasibətləri stabilləşdirməyə çalışdığını göstərir.
Tramp da Pompeo ilə Kim Çen arasında görüşə reaksiya verərək öz razılığını ifadə edib. “Pompeo Koreya lideri ilə Pxenyanda yaxşı görüş keçirib. Sinqapur sammitində əldə olunmuş irəliləyiş alqışlandı. Yaxın vaxtlarda Kimlə yeni görüş gözləyirəm”.
Cənubi Koreya prezidenti Mun Çje İn öz növbəsində bu danışıqları uğurlu adlandırıb. ABŞ-Şimali Koreya yaxınlaşması fonunda Şimali Koreya lideri Kim Çen Inın Moskvada Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi anonsu verilib. Tərəflərin ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.
Paralel olaraq, Kim Çen Inla Çin sədri Si Tzinpin arasında da görüş keçiriləcək. Kommunist liderlərinin ikitərəfli münasibətləri gözdən keçirəcəkləri xəbər verilir. Baş verənlərin rəsmi Pxenyanın qonşu ölkələr və Qərblə münasibətlərdə müsbətə doğru addım atmaqları və özünütəcrid siyasətindən vaz keçməkləri kimi də qəbul etmək olar.

Bu xəbər oxundu
- - -