Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“AŞPA-nın üzv ölkələri arasında barışıq komissiyaları yaradılmalıdır“

09.10.18, 10:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komissiyalarının tərkibində dəyişiklik edilməlidir".
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasında “Assambleyanın hakimiyyət və səsverməyə dair qərarvermə səlahiyyətlərinin gücləndirilməsi“ məruzəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası dəyərlərini dəyişməlidir: "Bu gün məruzənin müzakirəsi zamanı fikir ayrılıqları müşahidə edirik. Bu baxımdan gələcəyimiz, bundan sonra yürüdəcəyimiz siyasətimiz üzərində dərindən düşünməliyik. Qanunvericiliyimizi dəşiymək çıxış yolu deyil, Avropa Şurası dəyərlərini dəyişməlidir. Tolerantlıq hörmətlə əvəz edilməlidir. Avropa Şurasına üzv dövlətlər bir-birilərinə daha çox hörmət etməyə çalışmalıdırlar. Biz qanunvericiliyə dəyişikliklə kifayətlənməməliyik. AŞPA-nın komissiyalarında, komissiyaların tərkiblərində dəyişiklik edilməlidir. AŞPA-da üzv ölkələr arasında barışıq komissiyalarının yaradılmasına ehtiyac var. Çünki üzv dövlətlər yığışıb müzakirələr aparır, lakin bir sıra üzv dövlətlər, habelə Ukrayna, Gürcüstan, Moldova digər üzv dövlətlə mübahisəli məsələsini həll etməyə nail olmayıb. Eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki münaqişə həll olunmamış qalıb".
Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.

Bu xəbər oxundu
- - -