Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Marneulidə xeyriyyəçi Səməd Hüseynovun yubileyi qeyd olunub

09.10.18, 13:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Marneulidə iş adamı, xeyriyyəçi Səməd Hüseynovun yubileyi qeyd olunub. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin məlumatına görə, tədbiri Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq yubilyarın el-obada tanınmış insan kimi xeyriyyəçilik missiyası barədə danışıb.
Sonra Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev əslən Marneulidən olan iş adamı, xeyriyyəçi Səməd Hüseynovun regionda, eləcə də Gürcüstanda energetika sahəsində bacarıqlı kadr kimi çalışmasından söhbət açıb.
Tədbirdə Əflatun Amaşov Səməd Hüseynova Azərbaycan-Gürcüstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xidmətə görə və 55 yaşının tamam olması ilə bağlı diplom təqdim edib.
Tədbirdə çıxış edən Əməkdar jurnalisti Nizami Məmmədzadə Səməd Hüseynovu hələ sövet dönəmindən tanıdığını və onun hazırda Azərbaycanda energetika sahəsində çalışdığını və bu sahənin daha da irəliləməsinə və inkişafına töhfələr verdiyini vurğulayıb.
Yubiley tədbirində yazıçı Əli Abbas, ziyalı Zahid Nəsibov, jurnalist Təhməz Təhməzov və tədbirə qatılan bir çox məktəb direktorları, Səməd Hüseynovun müəllimləri onu xeyirxah, el-oba qədri bilən xeyriyyəçi kimi tanıdıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstana səfəri çərçivəsində Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və Azərbaycanın Gürcüstandakı səfirliyində olub.

Bu xəbər oxundu
- - -