Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda Alman-Azərbaycan biznes forumu

09.10.18, 13:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 9-da Bakıda Azərbaycanda enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumu keçirilib. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan forumda Azərbaycan hökumətinin, o cümlədən yerli və alman şirkətlərinin 200-dək nümayəndəsi iştirak edib. AHK Azərbaycanın icraçı direktoru Tobias Braumann deyib ki, builki forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və rəqəmsal transformasiya, o cümlədən tərəfdaşlıq üçün perspektivlər təşkil edir. O bildirib ki, forumun məqsədi alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, müvafiq sahələrdə işgüzar əməkdaşlıq qurmaq üçün mövcud imkanları müəyyən etməkdir.
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov ölkənin enerji sektorunda yeni texnologiyaların tətbiqi barədə iştirakçılara məlumat varib. Nazir müavini enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının inkişafında “Uniper” şirkətinin rolundan bəhs edib. O, enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqindən danışıb.
N.Abbasov iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib. O, “Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin “Uniper” şirkəti olduğu xatırladılaraq, Azərbaycan qazının Avropaya nəqlində Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb. Enerji sənayesinin əsas prioritetlərindən olan rəqəmsallaşmanın rolunu qeyd edən nazir müavini gələcək illərdə alman şirkətləri ilə əməkdaşlığın daha da genişlənəcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli isə informasiya texnologiyaları və telekommunikasiya sahəsində görülən işlər barədə məlumat verib. Rəqəmsal layihələrin həyata keçirilməsi sahəsində atılan addımlardan danışan A.Cəfərli hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndidilməsi sahəsində işlərin davam etdiyini deyib.
Almaniyanın Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavinin xanım Andrea Sühl Almaniyanın Federal Kansleri Angela Merkelin avqustda Azərbaycana rəsmi səfərinin iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafda mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsində Almaniyanın dəstəyini qeyd edib.

Bu xəbər oxundu
- - -