Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Fələstinə yardım edib

10.10.18, 9:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) bu ilin oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım edib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. 2018-ci ildə agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.

Bu xəbər oxundu
- - -