Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ və Rusiya arasında dəniz müharibəsinin nəticələri açıqlandı

10.10.18, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ qoşunları çətin ki, Rusiyanın dəniz blokadasını təşkil edə biləcək, çünki o, Amerika donanmasını batırmağa qadirdir.
Bu haqda “Voltairnet.org” saytı üçün məqaləsində rumın hərbi eksperti Valentina Vasilesku yazıb.
Ekspertin sözlərinə görə, hazırda ABŞ-ın Silahlı Qüvvələri Rusiyanı dənizdən blokadaya almağa qadir deyil. O, Rusiya ordusunun Yaxın Şərqdə möhkəmləndiyini, Suriyada aviasiya və dəniz bazaları yerləşdirdiyini xatırladıb. Ekspert bilbirib ki, Rusiyanın Qara dəniz donanması istənilən vaxt Aralıq dənizinə çıxarıla bilər.
“Rusiya hərbi vasitələri elə yerləşdirilib ki, ABŞ öz təyyarədaşıyan gəmiləri və onlardan cəmi 720 kilometr məsafədə fəaliyyət göstərə bilən F-18 təyyarələrindən istifadə edə bilməyəcək. Belə olan halda, ABŞ hərbçiləri öz təyyarələrindən yalnız Egey dənizində istifadə edə bilər, ancaq təyyarədaşıyan gəmilərini bu əraziyə gətirmələri çətin ki, mümkün olsun. Rusiya silahının yeni nümunələri onları Cəbəllütariq boğazını keçməsindən dərhal sonra batıracaq. Və belə qarşıdurma üçün Amerika hərbçilərində vasitələr demək olar ki, yoxdur”, - Vasilesku vurğulayıb.
O qeyd edib, xüsusi halda, 2 000 kilometr uçuş məsafəsində malik olan X-47M2 “Xəncər” raketləri ABŞ donanması üçün təhlükə təşkil edir. Ekspertin sözlərinə görə, “Xəncər”i zərərsizləşdirmək inanılmaz çətindir, çünki, hədəfə qədər cəmi 50 kilometr qaldığı bir vaxtda raket şaquli hərəkət edir və onun əleyhinə raket sistemini işə salmaq üçün yalnız 60 saniyə vaxt qalır. Eyni zamanda, Rusiya raketi özünün ətrafında 20-yə qədər yanlış hədəf yayır və bu halda onu məhv etmək üçün 20 raket lazım olacaqlar. Ancaq Amerika gəmiləri eyni zamanda, yalnız 12 raketi işə salmağa qadirdir.
“Daxili işlər nazirindən fərqli olaraq, Pentaqon anlayır ki, ABŞ hazırda Rusiyanın dəniz blokadasını təşkil etməyə qadir deyil. Rusiya öz maraqlarının müdafiəsi üçün müasir vasitələrə malikdir”, - Vasilesku yekunlaşdırıb.
Daha əvvəl ABŞ-ın daxili işlər naziri Rayan Zinka bildirib ki, Yaxın Şərq regionunun ölkələrinə enerjidaşıyıcısılarının çatdırılmasına mane olmaq üçün Rusiyanın dəniz blokadası təşkil edilə bilər.

Bu xəbər oxundu
- - -