Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Gürcüstan hakimiyyəti ermənilərə heç bir cavab vermədi”

10.10.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azər Süleymanov: “Hakimiyyət nümayəndələri Cavaxetiyaya gedib azərbaycanlıları pisləyirlər”

“Ermənilər tarixən alçaq millət olublar. Bu gün də ənənələrinə sadiqdirlər. Sonuncu təbrik mesajında da Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan bir daha erməni xislətini göstərdi.
Çıxışı zamanı sevincli olan Saakyan “bu respublikanın qurulmasında bizim də zəhmətimiz var”. deyib. Təəssüfedici məqam odur ki, Gürcüstan hakimiyyəti ermənilərə heç bir cavab vermədi. Bu da onu göstərir ki, hakimiyyətin qorxusu mütləqdir. Çünki ermənilərə bir söz deyilsə Rusiya inciyə bilər”.
Bunu “Modern”-ə açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Ermənistan hakimiyyətinin Gürcüstana qarşı təxribatını şərh edərkən deyib.
Deputat bildirib ki, Suxuminin işğalı Gürcüstan üçün çox acı və kədərli tarixdir.
“Bir azərbaycanlı olaraq torpaq itkisinin nə demək olduğunu çox yaxşı anlayıram. Neçə illərdir ki, Dağlıq Qarabağ və ona bitişik 5 rayon işğal altındadır. Belə olan təqdirdə Bako Saakyanın Suxuminin süqutunun 25-ci il dönümündə çıxış etməsi bizə çox pis təsir etdi. Əslində Gürcüstan qanunvericiliyinə əsasən bu cinayət hadisəsidir. Çünki rəsmi orqanların icazəsi olmadan həmin ərazilərə səfər etmək yasaqdır.
Təəssüf ki Gürcüstan rəsmiləri Saakyanın təbrikinə heç bir reaksiya vermədi. Bu gün hazırkı Gürcüstan komandası ermənilərə o qədər üstünlük verib ki, hər bir işdə erməni izinə rast gəlmək mümkündür.
Bir neçə il bundan qabaq parlamentdə çıxışım olmuşdu. Həmin vaxt Cavaxetiyada ermənilər türklərin biznes işinə qarşı aksiya keçirtmişdi. Buna rəsmi qaydada aydınlıq gətirilmədiyi üçün etiraz etmişdim. Daha bir təəssüfedici məqam var. Bəzi hakimiyyət üzvləri Cavaxetiyaya gedərək türkləri, azərbaycanlıları pisləyirlər. Halbuki Saakaşvilinin zamanında türklərə, azərbaycanlılara həmişə yüksək ehtiram göstərilib. 6 ildir ki, Gürcüstan başsız qalıb. Bu 6 il ərzində Gürcüstanın xarici siyasəti sıfıra enib. Ümid edirik ki, oktyabrın 28-də hər şey əvvəlki yoluna qayıdacaq”
Azər Süleymanov Ermənistanın Gürcüstandan asılılığını da qeyd edib.
“Nə qədər Ermənistan hiyləyə əl atsa da, ortada görünən reallıq var. Bu da ondan ibarətdir ki, Ermənistan Gürcüstandan asılı dövlətdir. Yolu, suyu qazı işığı ümumilikdə nə varsa hamısı Gürcüstan torpağından keçir. Üstəlik Gürcüstana ən çox problem yaradan dövlət, Rusiyadan sonra Ermənistandır”.
Xatırladaq ki, Ermənistan növbəti dəfə siyasi hiyləyə əl ataraq, Gürcüstana xəyanət edib. Belə ki, 27 sentyabr tarixi gürcü xalqı üçün ən faciəvi gün hesab olunur. Bu tarixdə separatçı abxazlar Suxumi şəhərini işğal edib. Suxuminin işğalının 25 illiyi və Abxazıyanın yaradılmasının ildönümü münasibətilə Abxaziyadakı separatçı rejim bayram tədbiri keçirib. Abxaziyadakı separatçı qurumun lideri Raul Xadjimbayanı isə ilk təbrik edən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin rəhbəri Bako Saakyan olub.
Dağlıq Qarabağdakı qondarma rejimin yazışma və səfərlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirildiyi sirr deyil.
Bununla da Ermənistan nəinki Gürcüstanın ərazi bütövlüyünə hörmət etdiyini, hətta onu pozmağa yönələn fəaliyyət göstərdiyini ortaya qoymuş olub. Bu fakt eyni zamanda uzun illərdir ki, Ermənistanın qonşu Gürcüstanın Cavaxetiya ərazisinə iddia etməsinin, perspektivdə burada separatçı ocağın yaradılmasında nə dərəcədə maraqlı olduğunun bariz nümunəsidir.

Bu xəbər oxundu
- - -