Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan xaosa yuvarlanır

10.10.18, 13:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan xaosa yuvarlanmaq ərəfəsindədir.
Bu sözlər erməni jurnalist Gevork Ovanisyanın “Yekramas” saytında dərc olunan məqaləsində yer alıb.
“Hər hökuməti ilk 100 gününə görə mühakimə edirlər. Məhz bu dövr ərzində hakimiyyətə gələn qüvvənin öz proqramını nə dərəcədə icra etmək qabilliyyəti aydın olur.
Hakimiyyətə gələrkən Nikol Paşinyan deyirdi ki, onun hədəfi hakimiyyətdəki oliqarxik klanlar əsasından formalaşan, qərarları hüquqi əsas üzərində yox, hakimiyyət institutlarına qeyri-qanuni təzyiqlər əsasında qəbul edən köhnə sistemi sındırmaqdır. Paşinyan və onun tərəfdarları deyirdilər, hədəfləri oliqarxik idarəetməni güclü demokratik institutlar qurmaqdır. Bəs bu gün biz nə müşahidə edirik?
Keçən 100 günü Nikol Paşinyan möhtəşəm mitinqlə qeyd etdi. Bu mitinqdə o bəyan etdi ki, bundan sonra küçə yenidən formalaşmanın qarantı olacaq. Bəs o zaman əgər hər şeyin qərarı meydanda veriləcəkdisə, hansı reformlar və demokratik institutların formalaşmasından söhbət gedə bilər? Bu, sadəcə başlanğıcdır.
Nikol Paşinyan üçün ilk imkan 2008-ci ilin 1 mart hadisələri haqqında cinayət işi oldu. Burada araşdırma bir yolla - Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ünvanına ittihamların səsləndirilməsi ilə getdi. Yəni o və həmin dövrün silahlı strukturlarının rəhbərləri nümayişçilərə qarşı qeyri-qanuni güc tətbiq ediblər. Bu artıq cinayət işinin siyasiləşdirilməsi demək idi”, – deyə o bildirib.
Onun sözlərinə görə, Paşinyanın Köçəryanı konstitusion rejimi dəyişməkdə ittiham etməsi Paşinyanın özünün qeyri-legitim olması anlamına gəlir:
“Köçəryanı konstitusion quruluşu devirməkdə ittiham edirlər. İrəli sürülən iddia çox təhlükəlidir. Belə çıxır ki, əgər Köçəryan konstitusion rejimi de-fakto məhv edibsə, o zaman Serj Sərkisyan qeyri-legitimdir. Demək ki, həm də 2015-ci ilin konstitusiya reformları da qeyri-legitimdir. Demək ki, həm də Nikol Paşinyan qeyri-legitimdir, çünki Sərkisyan dövründə qəbul edilən qanunlar əsasında baş nazir olub”.
O, Ermənistanda yeni hökumətin sələfləri üçün cinayət hesab etdiyi bütün addımları özünün təkrarladığını bildirib. Ovanisyan yeni hökumətin özündən əvvəlkilərin səhvlərini təkrarlayacağı təqdirdə ölkənin xaosa yuvarlanacağını söyləyib.

Bu xəbər oxundu
- - -