Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib

10.10.18, 13:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət başlanıb.
O, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.
Belə ki, Elçin Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyib. Vətəndaşın şikayəti əsasında Elçin Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb.

Bu xəbər oxundu
- - -