Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gələn il neftin qiyməti 100 dolları ötə bilər

10.10.18, 14:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ekspertlər 2019-cu ildə neftin bir barrelinin qiymətinin 65-100 dollar arasında dəyişəcəyini nəzərdə tutur.
Neftin qiyməti ABŞ-ın İrana qarşı noyabrın 5-dən tətbiq edəcəyi sanksiyalar fonunda artır. Belə ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti ötən həftə 86,74 dollaradək artaraq 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatmışdı.
Hasilat və ixracına görə İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) əsas ölkələrdəndir. ABŞ-ın sanksiyaları dünyanın ən böyük neft ehtiyatına malik ölkələrin üzv olduğu OPEC-in istehsal imkanlarını da sınağa çəkəcək.
Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar neftin bir barrelinin qiyməti gələn il 65 dollardan aşağı düşməyəcək, ehtimal ki, 100 dollardan çox olacaq.
Aparıcı neft treyder şirkətlərindən biri olan “Trafigura”nın rəhbəri Jeremy Weir Londondakı neft konfransında deyib: “Neftin qiyməti 100 dollar/barreli keçərsə təəccüblənmərəm”.
Eyni konfransda çıxış edən “Glencore” neft-qaz şirkətinin rəhbəri Alex Beard isə orta müddətdə neftin qiymətinin 85-90 dollar/barrel səviyyəsində olacağını proqnozlaşdırdığını bildirib.
Dünyanın ən böyük neft treyder şirkəti olan “Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist deyib: “Tələbatdakı artın öz gücünü itirəcək və neftin qiyməti gələn il 70-75 dollar/barrel səviyyəsinə düşəcək”.

Bu xəbər oxundu
- - -