Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

11.10.18, 7:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin həll olunmasında xüsusi rol oynayır”

Heydər Əliyev, ümummilli lider

Hər birimizə məlumdur ki, elektrik enerjisi hər bir ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə də müxtəlif sahələrdə iqtisadi səmərəliliyin əldə olunmasında, vaxt itkisinin qarşısının alınmasında və sair proseslərdə önəmli və əhəmiyyətli rol oynayır. Bu baxmdan son illərdə dövlətimizin sosial-iqtisadi inkişafında, ölkə iqtisadiyyatının yüksələn templə inkişafında əvəzsiz və misilsiz xidmətləri olan elektrik enerjisi həmçinin respublikamızın iqtisadi və milli təhlükəsizliyinin təmin olunmasına, regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına, qonşu ölkələrlə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayev bildirir ki, dövlət başçısı İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb və bu qurumun əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlayıb. Onun dediyinə görə, istismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri (KTM) quraşdıdılır və kabel xətləri çəkilir: “Məsələn, cəmiyyətimiz tərəfindən təkcə 2017-ci ildə 110 kV-Iuq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikilib və yenidən qurulub, 88,4 kilometr elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-Iuq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi, 10-6 kV-luq elektrik şəbəkələri üzrə isə 705 ədəd yarımstansiya tikintisi, 854,5 kilometr elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilib, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 kilometr ÖİN xətlərinin tikintisi reallaşdırılıb. Bütün bunlar inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir. Ancaq buna baxmayaraq, ölkəmizdə aparılan iri layihələrin, Bakı Metropoliteni stansiyalarının, “Ağ Şəhər” layihəsinin, “Aypara Şəhərciyi” kompleksinin, Port Baku Tower-2 layihəsinin, Füzuli meydanı ətrafının, Rayon İcra Hakimiyyətləri tərəfindən inşa edilən yaşayış komplekslərinin, Mikrorayonlarda köhnə binalarının əvəzinə yeni çoxmərtəbəli yaşayış binalarının, Bakı şəhəri üzrə sosial təyinatlı binaların, “Xəyal adası” kompleksinin, Yüksək Texologiyalar Parklarının, kənd təsərrüfatının inkişafının, Sənaye məhəllələrinin, Aqro və Texno parkların tələb etdikləri güclərin 4000 MVt-dan yuxarı olması və bu güclərin istismar müddətini keçmiş, yük ötürmə imkanları az olan, şəbəkələr vasitəsilə yerinə yetirilməsi mümkün deyil. Ona görə də istər Bakının, istərsə də regionların sürətli və hərtərəfli inkişafını nəzərə alaraq artan gücləri qarşılamaq üçün yeni yarımstansiyalarıın tikintisinə, elektrik ötürücü xəttlərinin yenidən qurulmasına, yeni kabel və hava xəttlərinin çəkilişinə ciddi ehtiyac var. Bu istiqamətdə işlərimiz, layihələrimiz davam edir. Qeyd etdiyim layihələr tam icra olunduqdan sonra əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsində, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsində problem yaşanmayacaq”.

Sahibkarlığın inkişafı elektrik enerjisi ilə davamlı təminatdan da çox asılıdır

Qeyd edək ki, istər Bakıda, istərsə də regionlarda sahibkarlığın inkişafı sahibkarlıq subyektlərinin və təsərrüfatlarının elektrik enerjisi ilə davamlı təminatından da çox asılıdır. Ölkə üzrə kənd təsərrüfatı və sənaye obyektlərinin elektrik təchizatı ilə bağlı fikirlərini də bölüşən Tanrıverdi Mustafayev qeyd edib ki, Azərbaycanda taxılçılıq, maldarlıq, çayçılıq, baramaçılıq, tütünçülük və sair sahələrin genişləndirilməsi, yeni əkin sahələrinin artırılması, suvarma sisteminin yaradılması istiqamətində müvafiq tədbirlər yerinə yetirilməkdədir. Ölkədə pambıq əkini, tədarükü və emalı ilə məşğul olan müəssisələrin qoyuluş gücü 175 MVA təşkil edən, yeni yaradılan müəssisələrin elektrik təhcizatı məqsədilə “Azərişiq”a 50 MVt əlavə gücün şəbəkəyə qoşulması üçün müraciətlər daxil olub. Pambıqçılıq sahələrində yeni yaradılan obyektlərin və onların normal işini təmin edən digər infrastrukturların fəaliyyəti üçün dayanıqlı və fasiləsiz elektrik enerjisinə tələbat yaranır: “Yeni yaradılan obyektlərin yerləşdiyi ərazilərdə mövcud elektrik şəbəkələrinin əksəriyyəti keçən əsrin 70-ci illərində yaradılıb. Son 20-25 il ərzində pambıqçılığa olan fərqli münasibət həmin elektrik şəbəkələrində təmir, yenidənqurma işləri aparılmadığından onların dağılmasına və sürətlə fiziki köhnəlməsinə səbəb olub. Kənd təsərrüfatı sahələrinin inkişafı ilə mövcud və yeni artırılan əkin sahələrinin suvarılması Respublikanın regionlarında su təsərrüfatında olan 1231 ədəd stasionar tipli iri güclü nasosların elektrik təchizatı 35, 10 və 6 kV-luq nasos stansiyalarında olan 10 min 360 ədəd transfarmatorlar vasitəsi ilə yerinə yetirilir. Əvvəllər istismarda olan və yeni quraşdırılan nasos stansiyaların fəaliyyətinin bərpa olunması ilə onların sayı artmaqda davam edir. Ümumi qoyuluş gücü 1125 MVA təşkil edən transformatorların elektrik təchizatı müxtəlif mənbələrdən uzunluğu 10 min kilometrdən cox 35, 10, 6 və 0,4 kV-luq elektrik verilişi xəttləri ilə həyata keçirilir. Nasos stansiyaların elektrik şəbəkələri, o cümlədən elektrik verilişi xətləri uzun müddət istismarda olması onların texniki parametrlərinin itirilməsinə gətirib çıxardıb ki, bu da nasos stansiyalarının elektrik təchizatının etibarlığını və dayanıqlığını təmin etmir, uzun illər istifadədə olan nasos stansiyalarındakı elektrik avadanlıqlarının 75 faizdən çox hissəsi öz istismar müddətini başa vurduğundan bu sahədə elektrik şəbəkələrinin istismarında problemlər mövcud olması 58 MVt yeni gücün qoşulmasında çətinliklər yaradır. Neftçala, Hacıqabul, Şamaxı, Şəmkir, Samux, Goranboy, Şabran, Şabran, Biləsuvar, Salyan, Saatlı, Xaçmaz, Füzuli, Qax rayonlarında aqroparkların250 MVt-a yaxın, Şəmkir, Masallı, Neftçala, Mingəçevir, Gəncə, Daşkəsən, Goranboy, Balaxanı, Pirallahı texnoparkların və sənaye məhəllələrinin tikintisi ilə bağlı 200 MVt-a yaxın ümumilikdə isə 450 MVt tələb etdikləri gücün təmin olunması üçün 110 və 35 kV-luq yarımstansiyalarda yenidənqurma və gücləndirmə işləri aparılmalı, yeni güc mənbələri yaradılmalıdır. Ümumilikdə yeni yaradılan kənd təsərrüfatlı təyinatlı obyektlərin, taxılçılıq, çayçılıq, tütünçülük, üzümçülük və sair təyinatlı zavod-fabriklərin və yeni əkin sahələrinin suvarılmasına tələb olunan güc 870 MVt-dan cox təşkil edir. Həmin obyektlərin elektrik təhcizatının təmin edilməsi üçün yeni güc mənbələrinin yaradılması ilə yanaşı mövcud elektrik şəbəkələrinin saxlanılması və yenidən qurulması “Azərişıq”ın maliyyə imkanları hesabına yerinə yetirilməsi mümkün deyil və bunun üçün böyük maliyyə vəsaiti tələb olunur”.

1800 kilometrə yaxın müxtəlif gərginlikli elektrik veriliş xətləri tikilərək istismara verilib

Onun dediyinə görə, yeni yaradılan kənd təsərrüfatı obyektlərinin yerləşdiyi ərazilərdəki mövcud şəbəkə keçən əsrin 60-70-illərindən fəaliyyət göstərir. Uzun illər istifadədə olan elektrik avadanlıqlarının 75 faizdən çox hissəsi öz istismar müddətini başa vurduğundan bu sahədə elektrik şəbəkələrinin istismarında problemlərin yaranmasına səbəb olur: “Son 20-25 il ərzində şəbəkələrdə yenidənqurma işlərinin aparılmaması mövcud güc tələbatını qarşılamamaqla birlikdə dayanıqlı enerji təminatında problemlər yaradır. Bu sahələrdəki obyektlərin elektrik təchizatı üçün “Azərişiq” ASC-yə edilmiş müraciətlərin təhlili göstərir ki, bir cox hallarda yeni yaradılan obyektlərin tələb etdikləri elektrik gücü həmin əraziləri elektrik enerjisi ilə təmin edən yarımstansiyalarda quraşdırılmış transformatorların gücü ilə müqayisə olunan, bəzi hallarda isə ondan böyük olur. Qeyd olunan struktur obyektlərinin qoyuluş və artım güclərini eyni zamanda mövcud şəbəkənin texniki vəziyyətini nəzərə almaqla 9 ədəd 110 kV-luq, 51 ədəd 35 kV-luq və 4650 ədəd 10-6 kV-luq mövcud və yeni yarımstansiyaların, 18 min kilometrdən cox 110, 35, 10, 6 və 0,4 kV-luq elektrik verilişi xəttlərinin yenidən qurulması və tikintisi tələb olunur. Yeni yaranan aqroparklarin, texnoparkların, sənaye məhəllələrinin, su və meliorasiya sistemlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin elektrik təchizatının təmin edilməsi məqsədilə “Azərişıq” ASC tərəfindən 10 ədəd 110 kV-luq, 34 ədəd 35 kV-luq 620 ədəd 10-6 kV-luq güc mənbələri və 1800 kilometrə yaxın müxtəlif gərginlikli elektrik veriliş xətləri tikilərək istismara verilib”.

“ASAN xidmət” vasitəsiilə abonentlərə göstərilən xidmətlərin keyfiyyəti artırılıb

ASC rəsmisi deyib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsiilə abonentlərə göstərdiyi xidmətlərə Səhmdar Cəmiyyətin elektron xəritəsinin inteqrasiya edilməsi sentyabr ayında edilən müraciətlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub: “Belə ki, artıq elektron xəritə vasitəsilə əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesini daha da asanlaşıb. İndi “ASAN kommunal” və “ASAN xidmət” mərkəzinə müraciət daxil olan kimi əraziyə getmədən, yerindəcə elektron xəritədə dərhal evin, yaxud obyektin məkanı, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir və qoşulma haqqı ödənilməklə sənədləşdirmə işi daha tez formada həyata keçirilir. Bu səbəbdəndir ki, "Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 282 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4084 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 331 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub. Nəticədə sentryabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə 24 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib”.
Tanrıverdi Mustafayev əlavə edib ki, hər gün 24 saat abonentlərimizə ən yüksək səviyyədə xidmət göstərmək, vətəndaşlarımızı yüksək keyfiyyəti elektrik enerjisi ilə təchizatını həyata keçirmək üçün “Azərişıq” bütün quvvəsini və potensial imkanlarını səfərbər edib: “Bu da əhalinin keyfiyyətli enerji ilə təminatını daha da yüksəldəcək və hər bir abonentin sevincinə səbəb olacaq”.

Xəyalə Süleymanqızı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -