Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səudiyyəli jurnalistin ölümündə Kral ailəsinin izi

11.10.18, 10:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

15 nəfərlik gizli kəşfiyyat komandasının Türkiyəyə gəlməsi dünya mediasını şoka salıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı, 60 yaşlı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı axtarış zamanı şübhəli bilinən 15 nəfərin Şahzadə Salmanın adamları olduğuna dair iddialar ortaya atılıb. Türkiyə mediası xəbər verir ki, Camal Qaşıqçının itkin düşməsilə bağlı İstanbula gəldiklərini bildirən 15 nəfərin içərisində əsgər, kəşfiyyatçı və məhkəmə tibbi ekspertinin olduğu müəyyən edilib. Səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qaçırıldığı gün 15 nəfərlik gizli kəşfiyyat komandasının iki xüsusi təyyarəylə Türkiyəyə gəlməsi dünya mediasını şoka salıb.
İçərisində kral mühafizəçilərinin, xüsusi təyinatlıların və kralın xüsusi hava qüvvələrinin nümayəndələrinin də olduğu komandaya dəlilləri aradan qaldırmaq üçün tapşırıq verildiyi ehtimal edilir. Belə ki, həmin komanda ilə Türkiyəyə gələn ən əhəmiyyətli adlardan biri Səudiyyə Ərəbistanının Polis Baş İdarəsi Ədliyyə Tibb Qurumunun sədri olan 47 yaşlı cərrah, doktor Salah Məhəmməd Al-Tubaigdir. Baş konsulluqdakı dəlilləri təmizləmək tapşırığı alan cərrahın Səudiyyə Ərəbistandan gələn və İstanbuldan ayrıldıqdan sonra əvvəl Misirə, sonra Ər-Riyada enən ikinci təyyarənin sərnişinləri arasında yer aldığı da bildirilib.
Al -Tubaigi oktaybrın 2-si Türkiyəyə Atatürk Hava limanından giriş edib və eyni gün xüsusi təyyarə ilə ölkədən çıxıb. Tubaigin 2015-ci ildə Avstraliyada xüsusi təlimlər aldığı və Qaşıqçının öldürüldükdən sonra hissələrə ayrılması prosesində də yaxından iştirak etdiyi iddia olunur. Komanda içərisində Səudiyyə Ərəbistanı Hava Qüvvələri üçün çalışan Saad Al Qahtani, Mohammad Saad Al Zahrani, Ghaleb T.Alharbi və Valeed Abdulla M. Al-Şəhərinin də olması şübhələri daha da artırır. Çünki bu adamlar Səudiyyə Müdafiə Nazirliyi və Səudiyyə kəşfiyyatı ilə birbaşa əlaqəli olan şəxslərdir.
İstintaq zamanı ortaya çıxan daha önəmli detallardan biri Camal Qaşıqçının qolunda "Apple Watch" olduğu və konsulluğa daxil olarkən onu nişanlısına verdiyi məlum olub. İstintaq qrupu bu rabitə cihazının Camal Qaşıqçının aqibəti və aparıldığı son ünvanla bağlı ciddi informasiyalar verə biləcəyinə ümid edir. “Fox News” kanalına istinadən xəbərə görə, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Səudiyyə Ərəbistanı barədə qərar qəbul etməmişdən öncə Camal Kaşıkçının taleyini müəyyənləşdirəcək. “Mən nə baş verdiyini aydınlaşdırmalıyam. Biz həqiqəti müəyyən edəcəyik” – Tramp bildirib. O, krallığa qarşı hansısa tədbir görmək üçün hələ ki, tez olduğunu da qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Kaşıkçının çalışdığı “The Washington Post” nəşri jurnalistin ələ keçirilməsi üçün Səudiyyə rəsmilərinin görüşlərinin səs qeydlərini ABŞ kəşfiyyatının əldə etdiyini xəbər verib. Onu da bildirək ki, ABŞ-ın “The New York Times” qəzeti Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın təşkilatçılığı ilə keçiriləcək “Gələcəyə İnvestisiya Təşəbbüsü” konfransının sponsoru olmaqdan imtina edib. Bu barədə qəzetin sözçülərindən olan Aylen Mörfi məlumat verib. İmtinanın səbəbi itkin jurnalist Camal Qaşıqçının aqibəti ilə bağlı vəliəhd şahzadə haqqında olan iddialardır. “The Washington Post” qəzetindəki məqaləyə görə, İbn Salman bəzi vədlərlə Qaşıqçının Ərəbistana gətirilməsi və burada həbs olunması ilə bağlı göstəriş verdiyi fikrini irəli sürmüşdü.
“Hürriyet” nəşri xəbər verir ki, itkin düşmüş jurnalist Camal Kaşıkçı böhranına görə Türkiyə və Səudiyyə Ərəbistanı arasında münasibətləri gərginləşməkdə davam edir. Türkiyə hüquq mühafizə əməkdaşları tərəfindən krallığa aid karqo təyyarəsinə keçirilən əməliyyatda 965 min narkotik həb ələ keçirilib. Əməliyyat Adana Hava limanında edilən şikayət əsasında baş tutub. Ələ keçirilən narkotik vasitələrin ümumi dəyərinin 14 milyon türk lirəsi (təxminən 4 milyon Azn) olduğu müəyyənləşib. Baş Prokuror Ömər Faruk Yurdagül hadisə ilə əlaqədar geniş miqyaslı araşdırma başladıldığını bəyan edib.
Qeyd edək ki, “The Washington Post” nəşrinin əməkdaşı Camal Kaşıkçının Türkiyədəki Səudiyyə Ərəbistanına aid konsulluq binasında yoxa çıxması Türkiyə tərəfini qəzəbləndirib. Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistin konsulluq binasında doğranması ilə bağlı Səudiyyə Ərəbistanı karllığının öz günahsızlığını sübut etməli olduğunu bəyan edib.

Bu xəbər oxundu
- - -