Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyəni zəiflətmə layihəsi

11.10.18, 10:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ərdoğanın düşməninə ABŞ-da niyə "yaşıl işıq" yandırılıb?
Dünənki yazımızda “İsrailin Qələbəsi Layihəsi” (“İsrael Victory Project”) hərəkatını başladan və Trampı tam ələ alan Yaxın Şərq Forumunun (Middle East Forum) sədri Daniel Pipesin kim olduğu anlatmışdım. Mövcud ABŞ iqtidarının İsraillə bağlı atdığı hər bir addımda onun imzasının olduğunu nümunələrlə göstərmişdim. Bunun anlaşılması Türkiyə baxımından ona görə önəmlidir ki, Daniel Pipes eyni zamanda həm Ərdoğana, həm də Türkiyəyə düşməndir. “Strateq” yazır ki, bu fikirlər “Habertürk”ün Vaşinqton təmsilçisinə məxsusdur.
Təmsilçi yazır ki, ABŞ-ın Türkiyə ilə olan münasibətlərinin istiqaməti onun İsraillə olan münasibətlərinin istiqamətiylə birbaşa bağlıdır. ABŞ-Türkiyə münasibətləri Daniel Pipes kimi adamlar üzündən bu hala gəlib. Çünki onlar Ərdoğan Türkiyəsinin Fələstin xalqının haqlarını müdafiə edəcəyini və İsrailin regionda atdığı hər haqsız addıma qarşı çıxacağını başa düşdükləri andan etibarən, Türkiyəyə düşmən kəsiliblər.
Bu əlaqələrin real həyatda necə işlədiyini görmək üçün təkcə bir şəkilə baxmaq yetərlidir. Qüdsə köçürülən ABŞ səfirliyinin açılışında çəkilən bu şəkildə Prezident Trampın qızının yanında duran şəxs ABŞ-ın maliyyə naziri Stiven Mnuçindir. Mnuçin həmin gün axşamçağı ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dünyada ən ədalətli, ən məzmunlu reaksiya verən Prezident Ərdoğandan və Türkiyədən qisas alacağını söyləmişdi.
Qüdsün İsrailin paytaxtı olmasına ABŞ-ın dəstək verməsi layihəsini işləyib hazırlayan Daniel Pipesdir. O, bunun olacağını 2017-ci ildə “Commentary” jurnalında yazdığı məqalədə qeyd etmiş və İsrail məsələsilə bağlı atılmalı olan addımları bir-bir sıralamışdı. Mnuçin, Daniel Pipesin İsrailin Qələbəsi Layihəsinə tam qəlbilə dəstək verən bir yevangelistdir.
Tramp iqtidara gəldikdən, yəni, hakimiyyət İsrail tərəfdarı olan “neokon”ların və yevangelistlərlə əlaqəli olanların əlinə keçdikdən sonra ABŞ hökumətinin xüsusilə korlanmağa başladığını görməmiz və anlamamız lazımdır. Ora-bura cəzalar kəsən və sanksiyalar tətbiq edən ABŞ Xəzinəsi artıq yevangelist hərəkatın Mərkəzi Bankı kimi işləyir.
Vaşinqtonda İsrailin regiondakı hakimiyyətini mütləq hala gətirmə layihəsi Türkiyəni zəiflətmə layihəsilə birlikdə həyata keçirilməkdədir. Çünki bunlar Ərdoğan Türkiyəsinin regionda haqsızlıqlara izn verməyəcəyini, Fələstin xalqının tələblərini dinləyəcəyini və yerinə yetirəcəyini görüblər.
Prezident Ərdoğanın Nyu-York səfəri zamanı qatıldığı ilk toplantıya gələn müxtəlif ərəb ölkələrindən olan vətəndaşlar Fələstin məsələsində tutduğu mövqeyə görə ona nə qədər böyük sevgi duyduqlarını göstərmişdilər. Salon ona toxunmaq, sarılmaq istəyənlərlə dolu idi. Türkiyə Orta Şərqin böyük və ədalətli qardaşı olmaq yolunda yürüyür. ABŞ da bundan narahatdır. Onlar bu yürüşü durdurmaq üçün əllərindən gələni edirlər.

Bu xəbər oxundu
- - -