Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bir sıra məhsullarımız Qətərə ixrac olunacaq

11.10.18, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın 18 şirkətinin məhsulları Qətərin paytaxtı Doha şəhərində "Birinci Beynəlxalq Məhsullar" sərgisində təqdim olunub. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məhsulların nümayiş olunduğu stendlər xarici şirkətlər və ziyarətçilərin böyük marağına səbəb olub, ixraca dair razılaşmalar əldə olunub. Sərgi çərçivəsində "Azersun Holding" şirkəti "Al Meera", "Carrefour" və "Lulu" ticarət şəbəkələri ilə məhsullarının satışına dair razılıq əldə edib. Azərbaycanın "Rəmzi-S" MMC şirkəti ilə "Woodworks", "New Tech Contracting", "Golden Opportunity Trad and Contracting", "ABM", "KM Contracting" şirkətləri ilə "Sobsan" boyalarının satışına dair razılığa gəlinib. "Şirin" MMC şirkəti məhsullarının Qətərin böyük marketlər şəbəkəsində satışına dair danışıqlar aparıb.
Azərbaycanın "Amoris" MMC şirkətinin məhsulları da xarici şirkətlərin marağına səbəb olub. Belə ki, Qətərin "Salamis", "Red Colt Co", "Al wabra Farm" şirkətləri ilə məhsulların ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Bundan başqa, "Gilan Holding" və "Buta Agro" şirkətləri də Qətərə məhsul ixracına dair müvafiq razılığa gəliblər. Azərbaycanın "M studio" dizayn şirkəti Qətər şirkətlərinin inzibati binalarında və şəxsi mənzillərdə dizayn xidmətlərinin həyata keçirilməsinə dair sifarişlər alıb. Qətər dövlətinin Memarlar İttifaqı tərəfindən şirkətə ittifaqa üzv olmaq təklif olunub.
Qeyd edək ki, qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri "Birinci Beynəlxalq Məhsullar" sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə fərdi qaydada iştirak ediblər.

Bu xəbər oxundu
- - -