Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda Sarkisyanın partiyasına “tam təslim ol“ çağırışları güclənir

12.10.18, 8:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyan Milli Məclisə baş çəkib, parlamentin sədri Ara Babloyan və Ermənistan Respublika Partiyasının (ERP) fraksiya rəhbəri Vaqram Baqdasaryanla görüşüb. ERP fraksiyasının srağagünkü bəyanatından sonra keçirilən bu görüşlərin məqsədi yeni “status-kvo”nu daha da möhkəmləndirmək, sabitləşdirməkdir.
Paşinyan diqqəti növbədənkənar parlament seçkilərinin keçirilməsi ssenarisinin toxunulmaz olaraq işləyəcəyinə çəkərək, prinsipcə, yeni bəyanat səsləndirməyib.
Parlamentdəki əks-inqilabi revanşizm özünü axırıncı dəfə 2 oktyabrda göstərib və daxili siyasi böhranı ildırım sürətilə həll edib. Lakin istənilən halda, artıq aydındır ki, deputatların böyük hissəsi parlamentin buraxılmasını dəstəkləyir, ən böyük iki fraksiya – ERP və “Çiçəklənən Ermənistan” Partiyasının (ÇEP) fraksiyaları isə Nikol Paşinyanın istefasından sonra öz namizədlərini irəli sürməyəcəklər.
Ermənistanda əks-inqilab parlament seçkilərinədək məğlub olub və bu, öz-özlüyündə müsbət faktdır. Çünki seçki prosesi primitiv “ağların” və “qaraların” qarşıdurması tezisi kontekstində keçməyəcək.
Strateq “1in.am”-a istinadən yazır ki, Ermənistan Ancaq bundan ötrü gərək ERP yeni hakimiyyətə məsuliyyəti tam olaraq öz üzərinə götürməyə, həmçinin köhnə sistemlə assosiasiya olunmayan qüvvələrlə birlikdə tarazlaşdırıcı demokratik güc formalaşdırmağa imkan verərək, özünün kompleks siyasi təslim aktını formalaşdırsın.
Əgər ERP Serj Sarkisyanın 23 apreldə istefa verməsindən sonra, 1 mayda “qiyama” cəhd etməsəydi, indi ölkədə siyasi sistem müqayisəolunmaz dərəcədə daha sabit və rasional olardı, ERP-nin öz gücünə uyğun olaraq yeni sistemə inteqrasiya etməsinə imkan verərdi, yeri gəlmişkən, onun modernləşməsinə də yol açardı.
ERP-də dərk edə bilmədilər ki, onlar süni şəkildə müqaviməti uzadaraq, inqilabi eyforiyanın dağılmasına və ölkədə elektoratın təbii seqmentlərə ayrılma prosesinə imkan vermirlər.
Son beş ay ərzində siyasi adekvatlığın itirilməsi parlamentdə 2 oktyabr macərasına gətirib çıxardı. Bu, yenə də ERP-ni deyil, bütün siyasi sistemi təslim olmağa məcbur edəndən sonra növbədənkənar seçkilərə gedən mövcud hakimiyyəti gücləndirib. ÇEP yalnız, necə deyərlər, “siyasi sadiqlik” haqqında sənədi imzalamaq bahasına, yeni parlamentə düşmək üçün “indulgensiya” alıb. Məlum memoranduma əsasən, Nikol Paşinyanın yeni hakimiyyəti qarşısında qeyd-şərtsiz təslim olduqdan sonra Çarukyanın komandası parlamentə düşmək şansı əldə edir.
Memoranduma əsasən, Paşinyanın Qaqik Çarukyanın subyektliyini bərpa etməsinin nə qədər məqsədəuyğun olması isə başqa məsələdir.
Ümumiyyətlə, Nikol Paşinyan parlament seçkisi öncəsi Yerevan Ağsaqqallar Şurasına (65 yerdən 57-ni qazandığı – tərc.) seçkilərdən öncəki – hakimiyyət üçün daha çox əlverişli olan “status-kvo”nu bərpa etməyə nail olub. Bu durumda digər siyasi qüvvələr bu statusun onlara hətta hökumət gündəliyinin və ya ümumiyyətlə siyasi gündəliyin formalaşması prosesinə hər hansı bir formada müdaxilə imkanı verməyəcəyini aydın dərk edərək, mahiyyət etibarilə, böyük uğura iddia etmir, ikinci yer uğrunda mübarizə aparırlar.
Prinsipcə, üç qüvvənin (Nikol Paşinyan bloku, ÇEP və “Daşnaksutyun” – tərc.) Milli Məclisdəki mozaikası aydındır, intriqa ondan ibarətdir ki, parlamentdəki dördüncü qüvvə kim olacaq.
Lakin çox mühümdür ki, ERP hətta bu rola belə iddia etməsin, seçki öncəsi əks-inqilab mövzusunu qapadaraq, bir tərfdən özünü mütləq siyasi fiyaskodan qorusun, digər tərəfdənsə parlament seçkilərini “qaralar” axtarma maniyasından xilas etsin.
Dünən ERP-nin parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan partiyasının növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyilə bağlı verilən suala məqbul cavab verməyib. Baqdasaryan jurnalistlərlə söhbətində qeyd edib ki, ERP belə suallara növbədənkənar parlament seçkilərinin tarixi məlum olarkən cavab verəcək.
Ancaq ERP, parlament seçkilərində iştirakdan imtina edərək, süni şəkildə öz gündəliyində intriqa saxlamasaydı, daha çox prinsipial olardı. Bu, Serj Sarkisyanın 23 apreldə verdiyi istefa bəyanatının mətnindən və ERP-nin dünənki bəyanatının kontekstindən qaynaqlanır.
ERP-nin müqavimət göstərməsi macəraya bənzəyir. Bu, bir tərəfdən partiyanı qəti olaraq “siyasi meyit”ə çevirir, digər tərəfdənsə imkan verir ki, Nikol Paşinyanın komandası cəmiyyəti siyasi sistemi, mahiyyətcə, təslim olmağa məcburetmə tezisi ətrafında cəmləşdirərək, bu “siyasi meyit” vasitəsilə “qorxutsun”.
Çox vacibdir ki, gözlənilən seçkilər hər hansı bir “meyit” və “yağma” olmadan keçsin. ERP-nin seçkiqabağı kampaniyada iştirak etməməsi məhz belə müsbət kontekst yaradacaq.

Bu xəbər oxundu
- - -