Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Con Boltonun Qafqaz səfəri

12.10.18, 10:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Con Boltonun Qafqaz səfərində ilk növbədə regionda baş verən proseslərdə Amerikanın rolu diqqət mərkəzində olacaq. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Amerikanın cari rolu müzakirə olunacaq”.
Bu fikirləri politoloq İlqar Vəlizadə ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Qafqaz səfərini şərh edərkən deyib.
O bildirib ki, səfər çərçivəsində Əfqanıstanda, İraqda və Suriyadakı məsələlər də müzakirə obyekti olacaq: “Çox güman ki, bu regionlarda terror aktivliyi və Azərbaycanla Amerikanın birgə terror aktivliyini dəf etməsi məsələsi də müzakirə olunacaq. Amerika İranla noyabr ayında siyasəti şərtləşdirərək yeni sanksiyalar tətbiq edəcək və ona görə İran mövzusu da diqqət mərkəzində olacaq. Burada İran mövzusu dedikdə, ilk növbədə bu ölkə ilə əməkdaşlıq quran ölkələrin siyasətini öyrənəcəklər. Bu siyasət nə cür, hansı əsaslarla inkişaf edir. Bax, bu məsələlər müzakirə ediləcək və Azərbaycanın da öz mövqeyi olacaq. Azərbaycan əslində maraqlıdır ki, İranla əlaqələr inkişaf etsin və burda da Amerikanın siyasəti ilə müəyyən ziddiyyətlər var. Bu ziddiyyətlər də müəyyən qədər ikitərəfli münasibətlərin maraq dairəsində olacaq”.
Qeyd edək ki, Con Bolton özünün Tvitter hesabında Qafqaz səfəri barədə açıqlama yazıb: “Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə birlikdə təhlükəsizlik sferasında Amerikanın maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm”.

Bu xəbər oxundu
- - -