Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zakir Həsənov Daşkənddə

12.10.18, 12:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

MBD ölkələrinin hərbi qurumlarının rəhbərlərinin Özbəkistanda keçirilən Müdafiə Nazirləri Şurasının (MNŞ) iclasında beynəlxalq terrorla mübarizə tədbirləri işlənib və birgə hərbi təyinatlı sistemlərin inkişaf istiqamətləri müəyyən edilib.
Bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu danışıb.
“Şuranın qəbul etdiyi qərarlar müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəkdir. Müzakirələr çərçivəsində Mərkəzi Asiya regionundakı vəziyyətə qiymət verilib, beynəlxalq terrorla mübarizə üçün zəruri tədbirlər müəyyənləşdirilib”, - Şoyqu bildirib.
Nazirin sözlərinə görə, Şura üzvləri hərbi aviasiya uçuşları sahəsində əməkdaşlığın təmin edilməsi, silahlı qüvvələrin topogeodezik, meteoroloji və informasiya təminatı sahəsində qərarlar imzalayıblar.
“Müzakirələrin nəticəsi göstərir ki, prezidentlərimizin hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində müəyyən etdiyi tapşırıqlar mütəmadi şəkildə həyata keçirilir”, - Şoyqu əlavə edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Bu xəbər oxundu
- - -