Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə Bransonu verib, nə aldı?

15.10.18, 8:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti Donald Tramp avqustun sonunda amerikalı rahib Endrü Bransonun ev həbsi ilə bağlı vəziyyətlə əlaqədar bütün diplomatik personalı Türkiyədən geri çağırmağı planlaşdırırdı.
Bu haqda Dövlət Departamenti və Ağ Evdəki mənbələrə istinadən “ABC News” telekanalı bildirib.
“Biz hansısa bir vaxtda Türkiyə ilə münasibətlərdə apokalipsisdən qorxurduq”, - Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirib.
Daha bir məlumatlı yüksəkvəzifəli məmur telekanala bildirib ki, prezident ABŞ səfirliyini və bütün NATO-nun diplomatik missiyalarını 60 gün ərzində bağlamağı planlaşdırırdı. Tramp əvvəlcə yüksək rütbəli diplomatları, sonra isə diplomatik nümayəndəliklərin bütün heyətlərini geri çağırmağı planlaşdırırdı.
Administrasiyadakı iki mənbənin sözlərinə görə, dövlət katibi Mayk Pompeo bu plana ən böyük müqavimət göstərən şəxs olub. Pompeo prezidentin diqqətinə çatdırıb ki, bu addımlar NATO üzrə ABŞ-ın əsas müttəfiqi ilə münasibətlərinə düzəldilməsi mümkün olmayan zərər vura bilər.
Telekanal bildirib ki, Dövlət Departamenti belə bir planın mövcudluğunu inkar edib, Ağ Ev isə informasiyanı şərh etməyib. Telekanalın məlumatına görə, plana həmçinin türk biznesmenləri və məmurlarına qarşı sanksiyaların genişləndirilməsi daxil idi. Xəbərə görə, Branson oktyabrın 12-də buraxılmasaydı, bu plana çox ciddi baxılırdı.
Xatırladaq ki, oktyabrın 12-də İzmir məhkəməsi Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib. İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib azadlığa buraxılıb. O, casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilirdi. Analitik Vüqar Zifəroğlu deyib ki, geosiyasi münasibətlərdə, ümumiyyətlə, iki dövlət arasında əlaqələrin nə tam yaxşılaşması, nə də tam pisləşməsi mümkündür. Ortada müəyyən razılaşmalar olur.
O bildirib ki, Bransonun azadlığa buraxılması heç şübhəsiz ki, ABŞ-ın müəyyən məqamlarla bağlı Türkiyənin tələblərinə müsbət cavab verməsi ilə əlaqədardır:
“Yəni belə olmasaydı, Branson azadlığa çıxmazdı. Bu işin birinci tərəfidir. İşin ikinci tərəfi isə ABŞ-ın Türkiyənin hansı tələblərinə, istəklərinə müsbət reaksiya verə biləcəyidir. İlk növbədə bu, müəyyən iqtisadi sanksiyaların tədricən aradan götürülməsi və ya tamamilə yumşalması ilə bağlı ola bilər. Digər tərəfdən isə burada geosiyasi amil də müəyyən mənada rol oynayır. Fikir verdinizsə, rahib Bransonun azadlığa çıxması ilə paralel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni əməliyyatlara start veriləcəyi ilə bağlı açıqlama verdi. Fəratın şərqində Menbiç, Ayn-əl Ərəb (Kobani), Resulayın və Qamışlı kimi istiqamətlərdə yeni əməliyyatlar başladıla bilər. Hətta mümkündür ki, bu əməliyyatlar “Zeytun budağı”ndan daha geniş bir miqyası əhatə etsin”.
Analitik artıq Türkiyənin həyata keçirdiyi əməliyyatların üçüncü mərhələsinin başlamasının şahidi olacağımızı qeyd edib:
“Bransonun azad edilməsi ilə paralel səslənən bu fikirlər, ötürülən bu mesajlar onu göstərir ki, ABŞ Türkiyənin həyata keçirəcəyi bu əməliyyatlara müəyyən mənada razılıq verib. Digər tərəfdən, İraqın və Suriyanın şimalı ilə bağlı Türkiyənin net bir mövqeyi var. Bu, həm də Türkiyənin milli maraqlarından irəli gələn bir mövqedir. Digər tərəfdən bu ərazilərdə məskunlaşmış terrorçulara və separatçı, bölücü qruplaşmalara ABŞ-ın müəyyən mənada yardımı dayandırılacaq. Düşünmürəm ki, ABŞ bu yardımı tamamilə dayandıracaq. Çünki ABŞ-ın Yaxın Şərq siyasətində kürd bölücü qruplaşmalarının kifayət qədər ciddi rolu var. Müəyyən məqamlarda ABŞ özünün ata bilmədiyi addımları həmin qruplaşmalar vasitəsi ilə həyata keçirir. Bu mənada deməzdim ki, ABŞ onların üstündən əlini tam çəkəcək. Amma müəyyən mənada ABŞ məhz bu məsələ ilə də bağlı bəzi məqamlarda Türkiyəyə güzəştə gedəcək”.
Analitik vurğulayıb ki, böyük bir siyasi polemikadan, dövlət başçılarının bir-birini ittiham etməsindən və ümumiyyətlə, Branson məsələsi bu qədər böyüdükdən sonra onun azad edilməsi yalnız və yalnılz Türkiyənin müəyyən şərtlərinin ABŞ tərəfindən qəbul edilməsi nəticəsində mümkün ola bilər:
“Bunun altını, türklər demişkən, “çizərək” vurğulayıram. Əlavə olaraq, Türkiyə və ABŞ arasında FETÖ ilə də bağlı müəyyən razılaşmalar ola bilər. Türkiyə ABŞ-da olan FETÖ-çuları və təşkilatın başçısını tələb edirdi. Ola bilər ki, gələcəkdə bununla da bağlı hər hansı bir gəlişmənin şahidi olaq”.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Bransonla bağlı bir müddət əvvəl atmağı planlaşdırdığı addımlar ictimaiyyətə bəlli olub.
Trampın planları ilə bağlı məlumatı ABC televiziyası yayıb. Məlumata görə, Bransona görə Tramp avqustun sonunda Türkiyədən bütün ABŞ diplomatik korpusunu çıxarmağı planlaşdırırmış.
“Nə zamansa biz Türkiyə ilə münasibətlərin tam parçalanmasından qorxurduq. Münasibətlərin kəsilməsi ABŞ-ın Türkiyədəki səfirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin Vaşinqtona çağırılmasından başlayacaqdı. Belə ki, Türkiyədə ABŞ-ın 2017-ci ilin oktyabrından səfiri yoxdur. Tramp səfirliyi və NATO-nun Türkiyədəki bütün diplomatik missiyalarını 60 gün ərzində bağlamağı planlaşdırırdı. Əvvəlcə ən yüksəkvəzifəli diplomat, ardınca isə diplomatik korpusun bütün nümayəndələri geri çağırılacaqdı”, – deyə televiziyanın mənbəsi bildirib.
ABC-nin Tramp administrasiyasındakı başqa bir mənbəsi isə ABŞ Dövlət katibi Mayk Pompeonun bu plana qarşı kəskin müqavimət göstərdiyini deyib:
“Pompeo israrla bildirirdi ki, bu plana yalnız ən son halda baxıla bilər. Bu addım atılacağı təqdirdə ABŞ-ın NATO-dakı əsas müttəfiqləri ilə münasibətləri korlanacaqdı. Bu planda həmçinin Türkiyə biznesmenləri və məmurlarına qarşı sanksiyaların genişləndirilməsi məsələsi də yer alırdı. Əgər Branson azadlığa buraxılmasaydı, bu plan daha ciddi şəkildə müzakirəyə çıxarılmış olardı”.

Bu xəbər oxundu
- - -