Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan rəhbərliyinin məntiqə sığmayan çıxışları...”

15.10.18, 12:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də birmənalı qarşılanmamalıdır”


Rüstəm Məmmədov: “Paşinyan Dağlıq Qarabağı qaytarmağın vaxtının çatdığını başa düşür”


İrəvanda vəziyyət gərgin və qeyri-müəyyən olaraq qalır. Ermənistan rəhbərliyi ölkədə guya vəziyyətin normal olması görüntüsünü yaratmağa çalışır. Məsələn, ekspertlər hesab edirlıər ki, İrəvanda Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci zirvə görüşünün keçirilməsi də buna xidmət edir. Nikol Paşinyan isə baş nazir postundan istefa verəcəyini açıqlayıb.
Siyasi şərhçi Azər Həsrət bildirib ki, Paşinyanın siyasi iddiaları var və bunun üçün çalışır: “Bu şəxs özünü demokratik, qanunlara sayğılı birisi kimi göstərməyə səy göstərir. Ona görə də belə adi məsələlərlə manipulyasiya etməkdən çəkinmir. Təbii ki, onun belə addımları təhlil qabiliyyəti çox da yüksək olmayan, siyasi proseslərin məğzini anlamaqda çətinlik çəkən kütləyə hesablanmış manipulyasiyadır. Bu gedişlərlə kütlənin ona verdiyi dəstəyi davam etdirmək istəyir. Yəqin ki, qarşıdakı seçkidə bunu təmin edə biləcək. Amma sonrakı proseslərdə onun işi xeyli çətin olacaq. Çünki ac qalan erməni xalqı bir müddət sonra dözməyəcək və Paşinyan acı gerçəkliklərlə üzləşməli olacaq”.
Ekspertin fikrincə, Koçaryan və Sarkisyan revanş üçün yanıb-yaxılırlar: “Ona görə də ötən müddət ərzində boş durmayıblar. İndinin özündə də seçki üçün səfərbər olunmaqdadırlar. Lakin bir məsələ var ki, Moskva hansı qərarı verəcək? Əgər Moskva Paşinyanın üzərindən xətt çəksə, Koçaryan və Sarkisyan yenidən meydana qayıda bilərlər. Yox, bu olmasa Paşinyan bir müddət də meydanda qalacaq. Sonrakı proseslərin necə olacağını deməyə isə hələ tələsməyək. Gözlənilməz hadisələr baş verə bilər. Hətta Qarabağ cəbhəsində intensiv hərbi əməliyyatlar bərpa edilə bilər”.
Onun sözlərinə görə, siyasi böhran Ermənistanda növbəti vətəndaş qarşıdurmasına gətirib çıxara bilər: “Bu, mütləq mümkündür. Çünki az öncə də qeyd etdiyim kimi, erməni xalqı acdır. O insanları ən çox düşündürən məsələ daxili güvənlik və gündəlik yeməkdir. Paşinyanınsa ölkəsinin məhdud resurslarıyla bunu təmin etməsi hələ uzun müddət mümkünsüz görünür. Üstəlik də blokada şəraiti davam edir. Ona görə də sadə erməni xalqı bir müddət də dözdükdən sonra Paşinyandan çörək tələb edəcək. O isə çörək verə bilməyəcəyi üçün xalqla arası açılacaq və Ermənistan daha dərin uçuruma yuvarlanacaq”.
Millət vəkili Azər Badamov isə hesab edir ki, Paşinyanın istefa verəcəyini bəyan etməsində yeni planları var: “O istəyir ki, parlamenti sarkisyanlardan, koçaryanlardan təmizləsin. İndiki halda isə Paşinyan sadəcə baş nazirdir. Qanunla idarəetmə hakimiyyəti onda olsa da bu gün demək olar ki, ölkəni idarə edə bilmir. Hər hansı bir hərəkət etmək istəyəndə parlamentdə və dövlət strukturlarında çoxluq təşkil edən Sarkisyanın tərəfdarları mane olurlar. Sarkisyanın tərəfdarları çalışırlar ki, Paşinyan ölkəni idarə edə bilməsin, hörmətdən düşsün və ləkələnsin. Amma onu da qeyd etmək lazımdır ki, Paşinyan xalqın dəstəyi ilə hakimiyyətə gəlmişdir və bir çətinlik yaranan kimi xalqa müraciət edir, onları küçələrə çıxarır. Belə olan halda da Sakisyan tərəfdarları geri çəkilərək pis duruma düşürlər. Paşinyan çox ümidlidir ki, istefa verəndən sonra yenidən parlament seçkilərində iştirak etsin və bir daha Sarkisyan tərəfdarlarına sərt yumruq göstərsin. Sadə ermənilər isə çaş-baş vəziyyətdədirlər. Onlar bilirlər ki, Sarkisyan və Koçaryanın dəstəkləsələr bu, Ermənistanın ölümü deməkdir. Ona görə də məcburdurlar ki, yenidən Paşinyanı dəstəkləsinlər. Paşinyan da buna arxayındır və yenidən hakimiyyətin idarə edilməsini ələ alaraq daha sərt idarəetməyə keçsin”.
Onun sözlərinə görə, Koçaryan və Sarkisyanın da Paşinyanı əvəz etmək üçün hərəkətə keçəcəklərini istisna etmək olmaz: “Koçaryan və Sarkisyan gecə-gündüz çalışır ki, hakimiyyətə yenidən qayıtsınlar, mövqelərini möhkəmləndirib, köhnə qaydada sadə ermənilərin qanını içməkdə davam etsinlər. Düşünürəm ki, bu bir daha mükün olmayacaq. Çünki, Yerevan erməniləri Dağlıq Qarabağ ermənilərinə nifrət edirlər, özbaşınalıqlarından, qurduqları hərbi xunta rejimindən cana gəliblər və düşünmürəm ki, bir daha onları dəstəkləsinlər. Amma Koçaryan və Sarkisyan son nəfəsliyi yenidən siyasi mübarizəyə qoşulmaqda görürlər.
Düşünürəm ki, tərəflər arası qarşıdurma ancaq siyasi meydanda baş verə bilər. Seçkilərdə Paşinyanın qalib gələcəyi ehtimalı daha böyükdür. Paşinyan yenidən hakimiyyətə qayıtdlqdan sonra qısa bir vaxtda Ermənistanda siyasi sabitlik yarana bilər. Bu ancaq 1-2 ay davam edə bilər. Sonra yenidən qarşıdurmalar və hakimiyyət çevrilişləri mümkündür ki, bunlar da Ermənistanın sonuna yaxınlaşmanı sürətləndirəcəkdir”.
İnternet-media eksperti Səbuhi Abbasov vurğulayıb ki, bir neçə gün bundan öncə İrəvanda Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci zirvə görüşü çərçivəsində bir sıra dövlət və hökumət başçıları toplaşdı. Post-sovet ölkələrindən sammitdə Moldova və Ermənistan təmsil olunub.
Səbuhi Abbasov siyasi proseslərin Ermənistanın ziyanına olduğunu deyib: “Ermənistanın yeni rəhbərliyi bir sıra ölkə başçılarının Yerevana toplanmasını siyasi güc kimi xalqa sırımağa çalışır. Amma əslində vəziyyət daha acınacaqlıdır. Bu sammit hər dəfə bir ölkədə reallaşır. Bu dəfə də Yerevanda baş tutdu. Bundan da üstü zirvə sammitləri ildə azı bir neçə dəfə Bakıda keçirilir.
Məsələ burasındadır ki, Paşinyan sadəcə şou göstərməklə məşğuldur. İndi sadə ermənilərin vəziyyəti əvvəlkindəndən də betərdi. Paşinyan pafoslu çağırışları ilə xalqı bir müddət əlində saxlaya biləcək. İnsanların evində sonuncu qida bitəndən sonra Paşinyan gəldiyi kimi də gedəcək, bəlkə də daha betər. Amma dünya Dağlıq Qarabağı Azərbaycan torpaqları kimi tanıyır, eyni zamanda, İrəvana səfər edən rəsmilərin sosial media üzərindəki hesablarına yüzlərlə azərbaycanlı gənc öz etirazını bildirib. Bütün bunlar bir daha Ermənistanı çıxılmaz vəziyyətdə qoydu. Hər bir halda Paşinyan papağını qabağına qoyub düşünməlidir: ya torpaqları qaytarıb erməniləri iqtisadi blokadadan çıxarmalıdır, ya da pafoflu çıxışlarla ac erməniləri bir müddət yola verib hakimiyyətdən qovulmalıdır”.
Siyasi şərhçi Arzu Nağıyevin fikrincə, Paşinyanın seçkiqabağı siyasi oyunları və verdiyi qeyri-adekvat bəyanatlar göstərir ki, həmin ölkədə keçirilən Frankafoniya tədbirinin özü də siyasi şoudur. Bir müddət əvvəl Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında, eləcə də Frankofoniya sammitinin açılışında münaqişə ilə bağlı iftira və yalanlar səsləndirdiyii deyən A. Nağıyev söyləyib ki, Düşənbə danışıqlarında fərqli fikirlər irəli sürən Paşinyan indi özü-özünü təkzib edir: “Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən, eyni zamanda, illərdir insan haqlarının tapdalanması ilə məşğul olan işğalçı bir dövlətdə Frankofoniya kimi tədbirlərin keçirilməsi və burada iştirak heç bir beynəlxalq normaya və hətta adi məntiqə sığmır. Bundan başqa, hətta Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir”.
Siyasi ekspert qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən məntiqə sığmayan çıxışlar ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də birmənalı qarşılanmamalıdır: “Ermənistanın bu cür əsassız iddiaları ilə beynəlxalq ictimaiyyəti aldadaraq diqqəti Azərbaycan ərazilərinin hərbi işğalı faktından yayındırmaq cəhdləri göstərir. Bu şou Paşinyanın seçkiqabağı ritorikasından başqa bir şey deyil”.
Politoloq Rüstəm Məmmədov bildirib ki, Ermənistan tərəfindən atılan addımlar, eləcə də Paşinyanın istefaya getməsi növbəti oyunlardan biridir: “Onlar hər zaman olduğu kimi yenə də dünyanın fikrini yayındırmağa çalışırlar”. Baş nazirin janqlyorluq etdiyini deyən politoloq bildirib ki, əsas məqsəd diqqəti dünya qüvvələrindən yayındırmaqdır. R.Məmmədov qeyd edib ki, yalnız Ermənistanda dekabr ayında keçiriləcək növbədənkənar seçkilərin nəticələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı addımların atılacağı ilə bağlı fikir söyləmək olar: “Əgər seçkidə Paşinyan tərəfdarları qalib gəlsə, o zaman bu istiqamətdə müsbət nəsə gözləməyə dəyər. Çünki, Paşinyan özü də Dağlıq Qarabağı qaytarmağın vaxtının çatdığını başa düşür. Onun başqa yolu yoxdur”.
Politoloq seçki ərəfəsində Ermənistanda vəziyyətin daha da mürəkkəbləşəcəyinin istisna edilmədiyini də diqqətə çatdırıb: “Koçaryan və Sarkisyanın tərəfdarları orada vəziyyəti gərginləşdirə bilərlər”.
Paşinyanın istefasından sonra Koçaryan və Sarkisyanın hakimiyyəti ələ keçirməsi ilə bağlı planlar qurmasına gəlincə, politoloq bunun mümkünsüzlüyünü dilə gətirib.
Onun sözlərinə görə, sözügedən şəxslər Ermənistanda artıq silinib və qəbul olunmurlar: “Bu baxımdan seçkidə Paşinyan tərəfdarlarının qalib gəlmək şansı daha çoxdur”.


Əli

Bu xəbər oxundu
- - -