Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Nə Mayk Pompeo, nə də Sergey Lavrov...”

15.10.18, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Ermənistan prezidenti ilə görüşlərinə dair heç bir ipucu verməyiblər”

“Ermənistan prezidenti Armen Sarkisyan ötən həftənin əvvəlində Moskvada olub və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Ancaq bu barədə nə Rusiya, nə də Ermənistan mənbələri xəbər yayıb. Faktiki bu görüş yarıgizli xarakter daşıyıb”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Armen Sarkisyan Moskvaya Nyu-York və Parisdəki görüşləri bitirdikdən sonra gedib: “Maraqlı trayektoriyadır. Söhbət ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 dövlətə ziyarətdən gedir. Armen Sarkisyan ABŞ dövlət katibi Mayk Pompeo və tanınmış siyasi ekspert və keçmiş dövlət xadimi Henri Kissincerlə də görüşüb. Əlbəttə, Armen Sarkisyan xarici siyasət məsələlərində ölkəsinin baş naziri Nikol Paşinyandan daha tərcübəlidir, illər uzunu Böyük Britaniyada səfir işləyib, bundan əvvəl isə nəhəng şirkətlərdə müşavir vəzifəsində çalışıb, üstəgəl Kembric Universitetində dərs deyib. Onun bu səfərləri Ermənistanın mürəkkəb geosiyasi durumdan xilas etmək məqsədi daşıyır. Ancaq nə Mayk Pompeo, nə də Sergey Lavrov Ermənistan prezidenti ilə görüşlərinə dair heç bir ipucu verməyiblər”.

Bu xəbər oxundu
- - -