Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Amerika Rusiyanı Suriyadan çıxarmaq istəyir”

15.10.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son günlər dünya mediasında Rusiyanın Liviyaya elit desant dəstələri göndərməsi ilə bağlı informasiyalar yer almaqdadır.
Kifayət qədər mürəkkəb situasiyanın formalaşdığı Suriyada aktiv hərbi-siyasi fəallıq ortaya qoyan Rusiyanın, buna paralel olaraq Liviyada möhkəmlənməsi nə ilə bağlıdır? Kremlin bu addımı Liviyanı yenidən beynəlxalq güclərin qarşıdurma poliqonuna çevirə bilərmi?
Politoloq Qabil Hüseynli ABŞ-ın Rusiyanın bu addımını cavabsız qoymayacağını qeyd etdi: “Hazırda dünyada ABŞ və onun liderlik etdiyi NATO ilə Rusiya arasında ciddi rəqabət gedir. Amerika hazırda Rusiyanı Suriyadan vurub çıxartmaq istəyir. Rusiya Liviyaya qoşun yeridibsə, bu, münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. Belə olarsa, ABŞ-la Rusiya arasında qarşıdurmanın səviyyəsi artacaq.
Mən Rusiyanın bu addımını riskli bir əməliyyat hesab edirəm. Amerikanın çox da uzaq olmayan bir zamanda buna cavab verəcəyini düşünürəm”.

Bu xəbər oxundu
- - -