Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir”

16.10.18, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir.
Bu barədə “Caspian Group Holdings”in baş direktoru Rob Sobhaninin “The Washington Times” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Məqalədə qeyd olunur: “Bu dünyəvi müsəlman ölkəsi ABŞ-ın dünya arenasında ən etibarlı, amma, eyni zamanda dəyəri bilinməyən müttəfiqlərindən biridir”.
ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana planlaşdırılan səfərindən danışan R.Sobhani vurğulayıb ki, bu səfəri Vaşinqtonun öz müttəfiqinə dəstəyini nümayiş etdirməsi üçün istifadə etməlidir.
Daha sonra müəllif qeyd edir ki, Azərbaycan Xəzər dənizində fəal kəşfiyyat, yataqların işlənməsi və enerji ehtiyatlarının dünya bazarlarına nəqli üzrə ABŞ-ın məqsədlərini bölüşür:
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən etibarlı ixrac dəhlizinə və enerji ehtiyatlarının dünya bazarlarına tədarükünün şaxələndirilməsi xəttinə çevrilib. Bolton Qərbin enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın töhfəsini alqışlamalıdır”.
R.Sobhani qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanı ABŞ-ın bir çox məqsəd və mədəni dəyərlərini bölüşdürən sabit, müstəqil, çiçəklənən, tolerant və müasir ölkəyə çevirmək niyyətini reallaşdıra bilib:
“Azərbaycan dünyada ən qədim yəhudi icmasının vətənidir və onun liderləri qürurla bəyan edirlər ki, əgər hansısa yəhudi dünyanın hər hansı bir hissəsində təhlükədə hiss edirsə o, Azərbaycana köçməlidir”.
O əlavə edib ki, C.Bolton öz səfərindən ABŞ-ın bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda və ədalətli nizamlanmasına sadiqliyini təsdiq etmək üçün istifadə etməlidir.

Bu xəbər oxundu
- - -