Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp yumşaldı - Türkiyəyə isti mesaj

16.10.18, 10:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti rahibin azad edilməsindən sonra iki ölkə arasında möhtəşəm əlaqələr qurulacağını deyib. İzmirdə 25 il yaşayan, terror təşkilatları ilə əlaqədə ittiham edilərək həbs edilən amerikalı rahib Endryu Bransonun ötən həftə azad edilməsindən sonra ABŞ prezidenti Donald Tramp Türkiyəyə mesaj göndərib.
İstiPress-in məlumatına görə, rahibin həbsindən sonra ölkəni sanksiyalarla hədələyən Trampın mövqeyi yumşayıb. O, rahib azad edildiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana yenidən təşəkkür edib. "Türkiyə ilə möhtəşəm münasibətlər quracağıq. Buna görə minnətdarıq". Bu barədə o "Twitter" səhifəsində yazıb. Münasibətlərin normallaşması açıqlamasından sonra milli valyuta - lirənin məzənnəsi də sabitləşib.
Xatırladaq ki, bir neçə gün öncə jurnalistlər ona amerikalı keşişin azad edilməsindən sonra Türkiyəyə qarşı sanksiyaların aradan qaldırıb-qaldırılmayacağı ilə bağlı sual ünvanlamışdılar. Tramp isə cavabında rahiblə bağlı Türkiyə ilə hər hansı anlaşmanın olmadığını bildirib. İzmirdə yaşayan amerikalı rahib Endryu Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.
Rahibin həbsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bundan sonra türk lirəsi sürətlə dəyər itirməyə başlayıb və məzənnə 1 dollar üçün 4,6 lirədən 7 lirəyə kimi yüksəlmişdi. Ötən həftə isə o azad edilərək ölkəsinə göndərilib.

Bu xəbər oxundu
- - -