Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rəsmi Yerevan Azərbaycanla Rusiyanın yaxınlaşmasını əngəlləməyə çalışır“

16.10.18, 10:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Rusiya Azərbaycanı həm də terrorçuluqla mübarizədə etibarlı tərəfdaş və müttəfiq hesab edir".
Bunu Bakıda regionda terrorla mübarizə və bu istiqamətdə Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş "dəyirmi masa"da çıxış edən rusiyalı politoloq Yevgeni Mixaylov bildirib.
“Bu gün Rusiya sərhədboyu, o cümlədən Qafqaz regionunda cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə aparır. Qeyd etmək istərdim ki, siyasət və iqtisadiyyat sahəsində, habelə regiondakı təhlükəsizlik məsələlərində Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığı xeyli artırıb”, - ekspert deyib.
O, Çeçenistanla İnquş Respublikası arasındakı ərazi məsələsini misal çəkərək, xarici dairələrin Şimali Qafqazda gərginlik yaratmağa çalışdığını bildirib.
“Bəzi oyunçular Rusiyanın Türkiyə və Azərbaycanla yaxınlaşmasını istəmir və Şimali Qafqazda gərginlik yaradırlar ki, bütün regionda sabitlik pozulsun. Amma bu gün Rusiyanın hüquq-mühafizə orqanları Şimali Qafqazdakı mövqelərini gücləndirib və vəziyyəti nəzarətdə saxlayır”, – politlooq vurğulayıb.
Y.Mixaylov Ermənistanın Rusiya ilə Azərbaycanın yaxınlaşmasını istəməyən və buna mane olmağa çalışan ölkə olduğunu diqqətə çatdıraraq deyib: "Ermənistan və Ermənistanın mənafeyi daim bu ölkənin siyasi xadimlərinin xəyanətinə tuş gəlib, nəticədə erməni xalqı əziyyət çəkib. Azərbaycan son vaxtlar əl tutmaq, diplomatik dillə danışmaq bacarığını göstərir. Lakin Ermənistan tərəfdən son vaxtlar belə bacarıq nəzərə çarpmır”.
Onun fikrincə, bu gün Rusiya ilə Azərbaycan daha sıx strateji müttəfiq olmalıdır: “Rusiya Azərbaycanı həm də terrorçuluqla mübarizədə etibarlı tərəfdaş və müttəfiq hesab edir”.

Bu xəbər oxundu
- - -