Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır“

16.10.18, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin bir hissəsini (red-Azərbaycana) geri qaytarmadan mümkün deyil”.
Bunu Ermənistanda diplomatik missiyasını başa çatdıran ABŞ-ın səfiri Riçard Millz “EVN Report”-a açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan xalqı onun üçün nəyin məqbul olduğunu özü həll etməlidir. Lakin, diplomat deyib ki, onu təəccübləndirən odur ki, Ermənistanda Dağlqı Qarabağ münaqişəsinin güzəştlər və ya məqbul həll yolları barədə müzakirələr demək olar yoxdur:
“Ermənistana gəldiyim zaman bir çox ermənilərlə həmsöhbət oldum. Onlar sülh yolu ilə nizamlanma çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədir. Uzun illərdir mənim hökumətimin anlayışı ondan ibarətdir ki, bu ərazilər əvvəlcədən “tutulmuşdu” ki, gələcəkdə “sülh müqabilində - Torpaq” formulu çərçivəsində istifadə edilsin. Və mən bu varianta heç bir dəstəyin olmadığını görəndə çox təəccübləndim”.
Diplomatın sözlərinə görə, acı reallıq ondan ibarətdir ki, istənilən həll işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edir.

Bu xəbər oxundu
- - -